Cümə , Oktyabr 30 2020
Ana səhifə / Gündəm / Qobustandakı “korrupsiya dəyirmanının” başında kim durur?

Qobustandakı “korrupsiya dəyirmanının” başında kim durur?

 

Qobustan rayonuna ayrılan büdcə vəsaitlərinin böyük hissəsi bir qayda olaraq Nuru İsmayılovun nəzarəti altında olan kiçik müəssisələrin hesabına köçürülür və sonradan həmin vəsaitlər elə o, MMC-lərlə birlikdə yoxa çıxır.

Azinforum.az xəbər verir ki, Qobustan rayonundan AzMedia.info-ya daxil olan məlumata görə rayon maliyyə idarəsinin müdiri Nuru İsmayılov rayon səhiyyə, təhsil və mədəniyyət idarələrinin müdirləri ilə əlbir olaraq dövlət büdcəsini talamaqla məşğuldur. Məlumatlı mənbə iddia edir ki, idarə rəisi rayon icra başçısı Adil Məmmədovla razılaşaraq adı çəkilən büdcə təşkilatlarına ayrılan vəsaitlrin xərclənməsi zamanı xərcləri şişirdərək hər ay külli miqdarda pul qazanır. İdarə rəisinin əldə etdiyi qazancın bir hissəsini icra başçısı Adil Məmmədovla bölüşdüyü deyilir.

Mənbəmiz bildirir ki, Nuru İsmayılov büdcə təşkilatlarına köçürülən vəsaitdən 10 faiz kəsməklə bərabər, həmçinin rayona ayrılan cari təmir xərclərinin əsas qismini mənimsəyir. Belə ki, maliyyə idarəsinin müdiri Səhiyyə, Təhsil, Mədəniyyət və Turizm idarələrinə cari təmir tikinti üçün ayrılan vəsaitlərin xərclənməsində bütün maliyyə mənimsəmələrinə şəxsən özü rəhbərlik edir. Bu barədə AzMedia.info-nu məlumatlandıran mənbə iddia edir ki, rayonun daxili büdcəsindən kəndlərdəki tibb məntəqələrinin, məktəblərin, kitabxanaların, mədəniyyət evlərinin, klubların cari təmirinə hər il külli miqdarda vəsait ayrılır. Amma həmin vəsaitlər sadəcə kağız üzrərində qalır. Çünki Nuru İsmayılov idarə müdirləri ilə əlbir olaraq bu vəsaiti bölüşürlər. Ayrılan vəsaitin 70 faizi maliyyə idarəsinin müdirinə, 30 faizi isə idarə müdirlərinə çatır. Ortada isə, demək olar ki, heç bir iş görülmür. Bunu təsbit etmək üçün sadəcə bir dəfə Qobustan məktəblərini, tibb məntəqələrini və mədəniyyət obyektlərini görmək kifayət edər.

Nuru İsmayılovun digər qazanc yeri isə, kənd icra nümayəndələri və Qobustan şəhər icra nümayəndəsinə ayrılan vəsaitlərdr. Bu dövlət qurumlarına ayrılan vəsaitlər də Nuru İsmayılovun cibinə axır. Daha doğrusu icra başçısı Adil Məmmədola bölüşdürülür. Belə ki, hər il dövlət qurumlarına müxtəlif işlərin görülməsi, dəftərxana, cari təmir, ofis mebeli və sair işlər adı altında vəsaitlər ayırır. Həmin vəsaitlərin böyük hissəsi bir qayda olaraq Nuru İsmayılovun nəzarəti altında olan kiçik müəssisələrin hesabına köçürülür və sonradan həmin vəsaitlər elə o, MMC-lərlə birlikdə yoxa çıxır.

Qobustandan daxil olan məlumatdaqeyd olunur ki, hazırda rayonda Nuru İsmayılovun ayaması “boz kardinaldır”. Çünki icra başçısı Adil Məmmədovla problemi olanlar Nuru müəllimin qapısını döyməyə məcburdurlar. O isə, öz növbəsində yaranmış problem «hörmətə» görə yoluna qoymağı bacarır. Mənbəmizin iddiasına görə, bir vaxtlar Nuru İsmayılov o qədər qüdrətlənibmiş ki, yaxın çevrəsinə icra başçısı olmaq arzusunu belə dilinə gətirirmiş. Hətta yaxınları qonaqlıqlarda Nuru İsmayılova “başçı” deyərək, sağlığına badələr belə qaldırıblar. Ancaq hansısa səbəblərdən maliyyə idarəsi müdirinin arzuları ürəyində qalıb. Buna baxmayaraq Nuru İsmayılov yenə öz işini davam etdirərək hər ay dövlətin yüzminlərini “korrupsiya dəyirmanında üyütməkdə” davam edir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Həmçinin oxuyun

Daha 13 kənd işğaldan azad olundu

Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, …

Bir cavab yazın