Ana səhifə / Gündəm / Qobustanda dəfn olunan fəzalının qəbri sovet “KQB”-sini ŞOKA SALDI…

Qobustanda dəfn olunan fəzalının qəbri sovet “KQB”-sini ŞOKA SALDI…

Moderator.az saytı Azərbaycan tarixində önəmli yer tutan Qobustan qaya rəsmləri ilə bağlı maraqlı faktı təqdim edir. Bu fakt uzun müddət SSRİ “KQB”-si tərəfindən gizli saxlanılıb. Yalnız sovet quruluşu çökəndən sonra İsveç və İngiltərənin UFO-ları tədqiq edən jurnalları bu məsələni araşdırıblar
Sovet dövründə isə, yadplanetlilərin Qobustana gəlmə və onlardan birinin burada dəfn olunması  qadağan edilmiş mövzu idi. O zaman kifayət qədər  sərt və güclü olan SSRİ “KQB”-si bu bilgiləri gizli saxlayırdı. Mərkəz də hadisəyə yenidən qayıtmağı qadağan etmişdi. Hətta fəzalıların Qobustanda olmasını aşkarlayan alimləri bu sirri açacaqları təqdirdə sürgün edəcəkləri ilə hədələyirdilər.
Bu alimlərdən biri olan isveçli arxeoloq isə ölkəsinə gedən kimi müəmmalı avtomobil qəzası nəticəsində dünyasını dəyişdi.
Yerli alimlərdən də təbii ki, kimsə bu məsələyə yenidən qayıda bilmədi. Lakin elmdən kənarda da olsa, Sovet İttifaqında Qobustanla bağlı olan bəşəri fakt araşdırıldı. Sovet “KQB”si 1959 və 1960-cı illərdə iki dəfə bu ərazilərdə tədqiqat apardılar. Alimlərin raportlarında adıçəkilən ərazilərdəki yazı və işarələri yenidən de-şifrə etməyə çalışdılar. Xaricdən dəvət edilən və adları çəkilməyən mütəxəssislərin köməyi ilə ilk tədqiqat kifayət qədər uğurlu alındı. Məlum oldu ki, Qobustan qaya rəsmlərində bura 7 fəzalının gəlişi əks olunub. Onlar yerli əhaliyə müəyyən məsələlərdə öz bildiklərini öyrədiblər. Əhali isə onları hədiyyələrlə yola salıb. Başqa bir ovulmuş daş üzərində isə bir fəzalının ölərək burada basdırıldığını qeyd edirlər. Lakin həmin daş çox ovulduğundan yazıları oxumaq mümkün olmayıb. Tədqiqatçı qrupu fəzalının harada dəfn olunduğunu müəyyən edə bilməyib.
İ
kinci tədqiqat işi isə 1960-cı ildə aparılıb. Yenə də “KQB”-nin məsul şəxslərinin rəhbərlik etdiyi araşdırmanın əsas məqsədi fəzalının qəbrinin tapılması olub. Çətinliklə də olsa, buna nail olurlar. Oxunması mümkün olmayan şifrələr çətinliklə çözülür, fəzalının dəfn olunduğu kurqanın yeri müəyyənləşdirilir. Yalnız bundan sonra xüsusi alimlərin əraziyə gətirilməsi tələb olunur. Onlar kurqana daxil olub burada dəfn edilən yadplanetlini analiz edirlər. Sketelin qeyri-adiliyi əvvəlcədən onları heyrətə gətirir: iri və çuxura düşən  gözlər, 6 ayaq, 4 əl barmaqları və s. O zamankı adətlərə görə yalnız nüfuzlu adamlar, qəbilə başçıları belə kurqanlarda dəfn olunardı. Həmçinin, ölən zaman onlara məxsus əşyalar da bu kurqanda saxlanardı. Odur ki, yüksək nüfuzlu şəxs kimi dəfn edilən fəzalının “türbə”sində ona aid əşyaların qalıqları da tapılıb. Analiz edilən əşyaların Yer kürəsində tapılmayan metallardan olması üzə çıxıb.
Bu sovet “KQB”-nin həmin ərazidə son aradırması olur. Daha sonra “Qobustan hadisəsi” qadağan olunmuş və ciddi sirr kimi saxlanılan bilgilərin sırasına daxil olur.

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın