Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Qızlıq pərdəsinin bərpasını istəyən qızların taleyində gizli qalan məqamlar – ARAŞDIRMA…

Qızlıq pərdəsinin bərpasını istəyən qızların taleyində gizli qalan məqamlar – ARAŞDIRMA…

Qızlıq pərdəsinin tibbi cəhətdən ciddi bir mənası olmasa də, yaşadığımız cəmiyyətdə buna nə qədər diqqət göstərildiyinə. şahid oluruq. Ailələr gəlinlərinin bakirə olmasını istəyir, müxtəlif yollarla bunun belə olub-olmadığını yoxlayırlar.

Evlilikdən əvvəl cinsi münasibət və bunun bir “göstəricisi” kimi bakirəlik problemi əvvəllər xalqların əksəriyyətində mövcud olsa da, hazırda əksər cəmiyyətlər artıq bu adətlərindən əl çəkiblər. Bizim yaşadığımız çoğrafiyada isə bakirəlik hələ də şərt olaraq irəli sürülməkdədir. Ən azından, çoxumuz buna şahidik.

Qəti şərtlər irəli sürən cəmiyyətlərdə, sözsüz ki, kənaraçıxmalar da olacaqdır. Dünyanın heç bir ölkəsində evlilikdən əvvəl cinsi münasibəti tamamilə ortadan qaldırmaq mümkün deyildir, yəqin ki.

Evlilikdən öncə belə bir təcrübə yaşamış xanımların bir qismi “bakirəliyin bərpası” əməliyyatına müraciət edirlər.

Tibbi cəhətdən müxtəlif texnikaları olsa da, “bakirəliyin bərpası” adı altında qızlıq pərdəsinin, mümkünsə, bərpası və ya ona bənzər bir şey yaradılması başa düşülür. Himenoplastika adlanan bu prosedur kifayət qədər sadə bir əməliyyatdır və yerli anesteziya altında bir neçə dəqiqə ərzində icrası mümkündür.

Özüm həkim olduğum üçün bütün bunları bilsəm də, yenə də mənə həmişə aşağıdakı suallar maraqlı idi:

Bakirəlik şərti hansı cəmiyyətlərdə mövcuddur?

Qızlıq pərdəsini bərpa etdirmək istəyən xanımlar kimlərdir? Necə insanlardır?

Sonra nə olur?

Hollandiyada himenoplastika aparılmış qadınlar haqqında araşdırma

Həkimlərin peşəkar axtarış platformlarında sorğu verdiyimiz zaman Yaxın, Orta Şərq ölkələrində belə müdaxilələrin aparıldığını anlamaq olar. Ancaq “himenoplastika edilmiş xanımlar kimdir” sualına dolğun cavab tapmaq yenə də alınmır. Çoğrafiyamızdakı həkimlər nə qədər elm adamı olsalar da, yenə də Şərq insanıdırlar – çox danışıb, boş danışa bilərlər.

Avropada dərc edilmiş statistiki məlumatlar öz dolğunluğu ilə fərqlənirlər. Sayları çox olmasa da, yaranan sualları cavablandırmaq iqtidarındadırlar.

Bu dəfə Hollandiyada aparılmış bir araşdırma haqqında danışmaq istəyirəm. Məqalə 2012-ci ildə dərc edilmişdir və ümumi olaraq Hollandiyada qızlıq pərdəsinin bərpası üçün müraciət etmiş 86 klinik hadisə incələnmişdir.

Müraciət edənlərin etnik kökləri

Müraciət edən 86 xanımdan ancaq 82-si əməliyyat edilmişdir.

Bunlardan 92%-i müsəlman, 6%-i xristian, 1-i hinduist, qalan 1-i isə qeyri-dindar olmuşdur.

Xristian xanımlardan 4-ü xristian, 1-i isə müsəlman ilə nişanlı imiş. Dindar olmayan yeganə xanım da müsəlman ilə nişanlanmış hollandiyalı qadın imiş.

Himenoplastika edilmiş xanımların 56%-inin mərakeşli, 27%-inin isə türkiyəli olduğu görülüb. Bundan sonra daha kiçik nisbətdə İraq, Əfqanıstan, Pakistan, Şimali Afrika ölkələri, Surinam və Şri Lanka gəlir.

Təhsil səviyyəsi

Himenoplastika üçün müraciət etmiş xanımların böyük əksəriyyəti (70%-dən çoxu) peşə təhsili aldığını bildirib. Orta təhsilli 18%, ali təhsilli isə 4% olaraq görülüb.

Psixososial və cinsi hekayə

Qadınların 1/3-ü (33%), ümumiyyətlə, gələcəkdə bakirəlik ilə əlaqədar heç düşünmədən, özləri istəyərək yaşadıqları cinsi əlaqə nəticəsində “bakirəliklərini itirdiklərini” bildiriblər.

Yenə 1/3 qadın isə onlara partnyorları tərəfindən “evlənəcəklərinə dair təlqin edildiyini”, bunun nəticəsində cinsi münasibətdə olduqlarını, amma daha sonra tərk edildiklərini bildiriblər.

Təqribən 1/3 qadın isə cinsi istismar, təcavüz nəticəsində himenoplastikaya ehtiyac doğulduğunu bildiriblər. Bu qadınlardan 10-u öz yaxınları tərəfindən müntəzəm təcavüzə məruz qaldıqlarını ifadə ediblər.

Bütün qadınlardan 37%-i hamilə qalmış, lakin abort ilə sonlandırmışlar.

Nə üçün himenoplastika etdirirlər?

Xanımların bir qismi (31%) həyat yoldaşı ilə ilk gecə əlaqə qurduğunda “qan gəlməsi” üçün əməliyyata gəldiyini ifadə edib. Buna baxmayaraq, 12% xanım qan gəlməsinin “əslində vacib olmadığını”, sadəcə vaginalarının bir az dar hiss edilməsini istədiklərini bildiriblər. Qalan xanımlardan 37%-i isə həm “qan gəlməsini”, həm də “dar olmasını” istədiklərini söyləyiblər.

Xanımlardan ancaq 4-ü bunu mərasim xətrinə etdirdiklərini bildiriblər.

Himenoplastika işə yarayırmı?

Əməliyyat sonrası bir neçə həftə sonra həkimlərin təkrar məsləhətləşmə çağırışına 30 qadın gəlmişdir.

Bunların hamısı əməliyyat nəticəsindən məmnun qaldıqlarını, bütün gözləntilərinin özünü doğrultduğunu bildiriblər.

Hətta 1 qadın mehriban münasibət gördüyü üçün daha sonra ərinə məsələni açıb dediyini də bildirib.

Nəticə

Bu yazıdan və gətirilmiş rəqəmlərdən nəticəni mənim deyil, sizin çıxarmağınızı daha uyğun gördüm.

Mənim artıq sualım qalmadı.

moderator.az

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın