Cümə axşamı , Oktyabr 29 2020
Ana səhifə / Gündəm / Qiyamçılar Ərdoğanı gətirən təyyarəni niyə vura bilmədilər? -Sensasion təfərrüat

Qiyamçılar Ərdoğanı gətirən təyyarəni niyə vura bilmədilər? -Sensasion təfərrüat

Türkiyədə  15 iyul dövlət çevrilişi cəhdi zamanı  qiyamçı hərbçilərin prezident Rəcəb Tayyib  Ərdoğanı aparan təyyarəni niyə tapa bilmədikləri açıqlanıb.
Türk Hava Qurumunun rəhbəri Kürşat Atılgan  TRT-nin canlı yayımında qatıldığı bir proqramda bu məsələyə aydınlıq gətirib.
Atılgan  havadakı hər təyyarənin “hava rəsmi”nin  olduğunu və ” hava rəsmi” sayəsində bağlandığı koda görə göydəki o cismin nə olduğunun məlum edildiyini deyib.
“Bu “hava şəkli”  sayəsində  siz hansı təyyarənin  harada  olduğunu  bilərsiniz. Türkiyənin “hava şəkli”ni  Əskişəhər hava hərəkat mərkəzi çıxarır və bu  “hava şəklini” hərbi birliklərə göndərir. Məhz Hava Qüvvələri Komandanlığının verdiyi əmrlərdən biri “hava şəklini” heç bir hərbi hissəyə göndərməyin əmri idi. Çox kritik bir əmr idi bu. “Hava şəkli” göndərilməyəndən  sonra qiyamçılar çətin vəziyyətdə qaldı. Çünki onlar “hava şəklini” əldə etsəydilər prezidentin təyyarəsini vurmaq üçün səy göstərəcəkdilər. Bu çox əhəmiyyətli bir detaldır” deyə Atılgan qeyd edib.(Avropa.info)

Həmçinin oxuyun

Daha 13 kənd işğaldan azad olundu

Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, …

Bir cavab yazın