Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / Qazaxda film kimi OLAY – Məmurlar bir-birilərindən belə qisas alırlar…

Qazaxda film kimi OLAY – Məmurlar bir-birilərindən belə qisas alırlar…

DİA.AZ: – Qazax rayonunda qeyri-adi bir olay yaşanıb. Bu barədə DİA.AZ sosial şəbəkələrə istinadən xəbər verir.

Bildirək ki, “Facebook” istifadəçilərindən biri bu gün rayonlarında baş verən bu gülməli, bəlkə də ağlamalı hadisə haqqında yazıb.

Həmin statusu olduğu kimi təqdim edirik: “Hadisə vaqe olur Qazax rayonunda. Pərdə qalxır. ATS… İşıqlar sönüb.

İşıq idarəsinin müdirinin evinin telefonu borca görə bağlandığı üçün ATS-in işıqları borca görə sönüb”.

Onu da bildirək ki, Dia.az-a bu faktı rayon sakinləri də təsdiqləyiblər. Hər halda, belə bir hadisənin baş verməsi sözün əsl mənasında məmur özbaşınalığı faktıdır ki, çox güman bu olay gərəkən qurumların da diqqətini cəlb edəcək.

Bütün tərəfləri dia.az olaraq dinləməyə hazırıq…

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın