Çərşənbə , Yanvar 27 2021
Ana səhifə / Gündəm / Qarabağdakı toqquşma barədə Klintona göndərilən məxfi məktubda nə yazılıb?

Qarabağdakı toqquşma barədə Klintona göndərilən məxfi məktubda nə yazılıb?

ABŞ-ın keçmiş dövlət katibi Hillari Klintonbu vəzifədə işləyərkən şəxsi elektron poçtu üzərindən məxfi yazışmalar da həyata keçirib.

Modern.az virtualaz.org saytına istinadən  xəbər verir ki, bu, ABŞ Federal Təhqiqatlar Bürosunun (FTB) və digər xüsusi xidmət strukturlarının Hillari Klintonun şəxsi elektron poçtuna daxil olmuş və oradan göndərilmiş məktublar üzərində araşdırması zamanı üzə çıxıb.

Hillari Klintonun şəxsi elektron poçtuna daxil olmuş məxfi məktublar arasında Azərbaycandan bəhs edəni də var. Bu ilin əvvəllərində Hillari Klinton dövlət katibi işlədiyi dövrdə şəxsi elektron poçtu üzərindən aparılmış yazışmaları – təxminən 55 min məktubu Dövlət Departamentinə təhvil verib. Keçmiş dövlət katibi prezidentliyə iddiaçı kimi fəaliyyətinin ictimai şəffaf olduğunu sübut etmək üçün həmin məktubların ictimailəşməsini istəyib.

Lakin ABŞ xüsusi xidmət orqanları Hillari Klintonun şəxsi electron poçtu üzərindən məxfi məlumatların mübadiləsini həyata keçirdiyindən şübhələnərək araşdırma başladıb. FTB müəyyən edib ki, Hillari Klintonun şəxsi poçtuna daxil olan məktublar arasında məxfi qrifi daşıyanları da var. The New York Times qəzetinin yazdığına görə Hillari Klintonun şəxsi yazışmalarını araşdıran FTB agentləri Dövlət Departamentinin bəzi əməkdaşlarının təhlükəsiz şəbəkə üzərindən dövlət katibinin şəxsi poçtuna tamamilə məxfi qrifini daşıyan məlumatları göndəriblər.

FTB həmin əməkdaşların elektron poçtuna giriş əldə etməyə çalışır və bu məqsədlə Dövlət Departamentinə sorğu göndərib. Amerika məttbuatı yazır ki, ən azı 19  nəfərin, o cümlədən xarici hökumətlərin lobbiçilərinin, prezident Obamanın yüksək rütbəli köməkçilərinin və Dövlət Departamentinin əməkdaşlarının 2009-2011-ci illər ərzində Hillari Klintonla onun şəxsi elektron poçtu üzərindən yazışıblar.

Bu məktublar arasında Dövlət Departamentinin əməkdaşlarının Hondurasda dövlət çevrilişi, Azərbaycan-Ermənistan sərhədindəki toqquşma və Liviyada təhlükəsizliyə dair Hillari Klintona göndərdiyi məktublar da yer alır.<p”>

Dövlət Departamentinin elektron sənədlər bazasından bəhs edilən məktub isə aşkara çıxıb.

 

Həmin məktub Dövlət Departamentinin Avropa və Avrasiya məsələləri üzrə Bürosunun Qafqaz məsələləri və regional münaqişələr ofisinin direktor müavini Jon Espinoza tərəfindən 2009-cu ilin sentyabrın 11-də göndərilib. Orada deyilir: “Dağlıq Qarabağdakı təmas xəttində ölümlə nəticələnən insident barədə məlumatlar təsdiq edilməmiş qalır.

Bu insidentin sülh prosesinə potensial təsirləri də hələlik aydın deyil. Hazırda regional liderlər ehtiyatla reaksiya verir və digər regional proseslərə təsiri əhəmiyyətli deyil. Ermənistan Müdafiə Nazirliyi təmas xətti boyu hansısa qeyri-adi fəallığı təkzib edir; Azərbaycan Müdafiə Nazirliyi jurnalistlərə bildirib ki, təmas xətti boyu insidentlər artıb. <p”>İrəvandakı səfirlik xəbər verir ki, təmas xətti boyu snayper insidentlərinə dair məlumatları təkzib etmək qəbul olunub, lakin bu miqyasda insidenti təkzib etmək çətin olardı.

Bakıdakı səfirlik qeyd edir ki, prezident Əliyev Qazaxıstanda səfərdədir və yerli hakimiyyət orqanları necə hərəkət etməyə dair qərar vermək üçün onun gəlişini gözləyə bilərlər. Bizim səfirliklərdən heç biri yerli KİV-lərin xəbərlərini təsdiq etmək imkanında deyil”.

Bu məktubda məxfi informasiya yer almasa da Dövlət Departamentinin əməkdaşının Azərbaycan-Ermənistan münaqişəsi zonasında baş verən insident barədə hesabatı Hillari Klintonun şəxsi elektron poçtuna göndərməsi qaydaların pozulması kimi qiymətləndirilə bilər.

Həmçinin oxuyun

Təhsil naziri kimdən kimə şikayət edir?

“Biz sual verməliyik – necə oldu ki, bu adam direktor oldu? Səmimi deyirəm – bu, …

Bir cavab yazın