Çərşənbə , Dekabr 2 2020
Ana səhifə / Gündəm / Qarabağ müharibəsi və FETÖ-nun Azərbaycanda son çırpıntıları…

Qarabağ müharibəsi və FETÖ-nun Azərbaycanda son çırpıntıları…

Azərbaycan-Türkiyə münasibətlərinin ən pik inkişaf nöqtəsinə çatması böyük tarixi zərurət idi. İki ölkə arasındakı bu möhkəm birlik təkcə Qarabağ müharibəsi kontekstində öz təsdiqini tapmır. Hazırda Əliyev-Ərdoğan birliyi dünyada siyasi münasibətlər sistemində yeni tezislər, nümunələr yaratmış oldu. Qarabağın işğaldan azad edilməsi üçün Türkiyə situasiya yaradan əsas faktorlardan biri kimi mühüm rol oynamaqdadır. Hazırda Azərbaycanın apardığı əks-hücum əməliyyatlarına Türkiyənin verdiyi dəstək danılmazdır. Bundan başqa, Türkiyə Azərbaycanın haqq işinə mane olmaq istəyən dövlətlərin, beynəlxalq təşkilatların da qarşısında dayanıb, onların bütün qərəzli bəyanatlarına cavab verir. Şübhəsiz, Qarabağ işğaldan azad ediləndən sonra Türkiyə-Azərbaycan münasibətləri yeni məcraya qədəm qoyacaq. Qarşılıqlı inam və etibar daha da artacaq, Türkiyənin milli maraq dairəsində olan müxtəlif sahələr üzrə qətiyyətli qərarlar da qəbul ediləcək.

Məsələn, müharibədən sonra FETÖ ilə bağlı Azərbaycan dövləti bütün hücrələri tamamilə silməyə məcbur olacaq. Bu, belə də olmalıdır. Hələ 2018-ci il dekabrın 29-da R.T.Ərdoğan “Azərbaycan FETÖ-nu terror təşkilatı kimi tanıya bilər” demişdi.  Ondan bir gün əvvəl – dekabrın 28-də isə Pakistanın Ali Məhkəməsi ABŞ-ın Pensilvaniya ştatında sığınan Fətullah Gülənin lideri olduğu FETÖ qruplaşmasının terror təşkilatı kimi tanınması barədə hökm çıxarmışdı. Məhz həmin gün rəsmi İslamabad FETÖ-nü terror təşkilatı kimi tanımış oldu.

Bu gün Türkiyə-Azərbaycan-Pakistan birliyi üfüqündə Azərbaycan bundan kənarda qala bilməyəcək, FETÖ ölkəmizdəki yenidən canlanma prosesinin qarşısı da alınacaq.

Həqiqətənmi Azərbaycanda FETÖ var və onlar ölkəmizdə yenidən canlanmaq üçün çalışırlar? Bir müddət əvvəl “Azərbaycan hakimiyyətində FETÖ varmı” başlıqlı məqaləmdə bu haqda kifayət qdər ciddi məqamları önə çəkmişdim və FETÖ-nun ölkəmizdə yenidən ələ keçirmək istədiyi sahələri işarələmişdim. Məqalədə yazdıqlarım heç də təsadüfi deyildi, bu, uzunmüddətli müşahidələrə, əldə etdiyim məlumatlara əsaslanırdı.

Müharibə başlanana qədər cəmiyyətdə belə bir fikir yaranmışdı: “FETÖ-nun əsas adamları Azərbaycan hakimiyyətində öz etimadını yenidən bərpa erməyə çalışırlar, yüksək postlara təyinatları gözlənilir”. Onlar bunun üçün yüksək səviyyəli görüşlər də keçirirdilər. Vəzifələrə təyinat almaq üçün FETÖ-nun əsas simaları əllərindən gələni də edirdilər, gəlməyəni də. Bu istiqamətdə külli miqdarda pul da xərcləməli oldular. Müharibə başlanana qədər…

Amma sentyabrın 27-də başlanan Azərbaycanın əks-hücum əməliyyatları FETÖ imamları – Gülən qaimlərinin bütün niyyətlərinin üstündən birdəfəlik xətt çəkmiş oldu. Nə İlham Əliyev buna imkan verəcək, nə də Ərdoğan FETÖ-nun Azərbaycanda baş qaldırmasına göz yumacaq.

Bəlkə də FETÖ ilə bağlı Türkiyədə həyata keçirilən radikal addımlar qədər Azərbaycanda da qətiyyətli qərarlar qəbul ediləcək. FETÖ-nun Azərbaycanda yenidən baş qaldırmaq istəyən adamları təhsil, gənclər, siyasət və digər ictimai sferlardan bəribaşdan tamamilə kənara çəkilsələr, daha yaxşı olar. Bu, onların öz xeyirinə işləyər. Əks halda… Azərbaycanın əks-hücum əməliyyatları təkcə cəbhə ilə yekunlaşmayacaq.

Samir FEYRUZOV ,

Azsiyaset.com

Həmçinin oxuyun

“Fly Erbil Airways” və “Fly Armenia Airways”…PKK-nı Dağlıq Qarabağa Mehridən onlar daşıdı…

Dağlıq Qaabağda döyüşə rəhbərlik edən PKK komandirlərinin Qarabağa hansı qonşu və şirkətlər daşıyıb?Azərbaycan ermənilər tərəfindən …