Cümə , Oktyabr 30 2020
Ana səhifə / Gündəm / Qərargah: “Xəzərdən tapılan meyitin Bəhramov Cavidə məxsus olduğu müəyyənləşib”

Qərargah: “Xəzərdən tapılan meyitin Bəhramov Cavidə məxsus olduğu müəyyənləşib”

Həyata keçirilən axtarış – xilasetmə əməliyyatları nəticəsində aprelin 9–u aşkar edilən kişi meyitinin “Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 1 saylı neft qaz çıxarma sahəsində “əmtəə operatoru” vəzifəsində çalışmış 1967 – ci il təvəllüdlü Bəhramov Cavid Həyatxanoğluna məxsus olduğu müəyyən edilib. Bu barədə ötən ilin dekabrında Xəzərdə estakadanın uçması və neftçilərin dənizdə itkin düşməsi ilə bağlı yaradılmış Qərargah bildirib. Məlumata görə mərhumun meyiti ailəsinə təhvil veriləcək.

Qeyd edək ki, Azərbaycan Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin Neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Respublikasının Prezidentinin 16 dekabr 2016-cı il tarixli Sərəncamına əsasən Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

virtualaz.org

Həmçinin oxuyun

Daha 13 kənd işğaldan azad olundu

Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, …

Bir cavab yazın