Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Qənirə Ataşova “çevrilişə cəhd” saatlarında harada olub? – Fotolar

Qənirə Ataşova “çevrilişə cəhd” saatlarında harada olub? – Fotolar

Məlum olduğu kimi, 18 iyul 2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurasının qərarına əsasən “ANS Müstəqil Yayım və Media” Şirkətinin, həmçinin, telekanalla birlikdə “ANS ÇM” radiosunun fəaliyyəti dayandırılıb. MTRŞ qərarını ANS telekanalının ayrı-ayrı reportajlarında Azərbaycan ictimaiyyətinə Türkiyədə baş verən hadisələrin “hakimiyyət tərəfindən təşkil edilən şou” olduğunu təlqin etməyə, Türkiyə hakimiyyətinin həyata keçirdiyi tədbirləri gözdən salmağa çalışdığını, həmçinin, ANS-in ABŞ-dakı əməkdaşının Türkiyədə hakimiyyət çevrilişinə rəhbərlik etməkdə şübhəli bilinən Fətullah Gülənin mətbuat konfransında iştirak etməsi və bu barədə yerli və xarici KİV-lərdə verilən anonslarla əsaslandırıb.
Qeyd edək ki, çevriliş cəhdindən dərhal sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Azərbaycanın qardaş Türkiyə dövlətinin, hökumətinin və xalqının yanında olduğu bəyan edilib. Və bununla da, baş vermiş hadisəyə Azərbaycan dövlətinin və xalqının mövqeyi ifadə olunub.
Turkustan.info saytının əldə etdiyi bilgilərə görə ANS təmsilçisi Qənirə Ataşova Türkiyədə baş verən çevriliş cəhdinin ilk saatlarından övladları ilə birlikdə Nyu-Yorkda çevrilişə qarşı və prezident R.T.Ərdoğana dəstək məqsədilə keçirilən aksiyaya qatılıb. Türkiyənin dövlət xəbər agentliyi – Anadolu Ajansının Nyu-Yorkun “Times” meydanında həmin aksiyadan çəkdiyi aşağıdakı fotoşəkillərdə də Qənirə Ataşovanın və hər iki oğlunun görüntüləri əks olunub.
http://(http://aa.com.tr/tr/pg/foto-galeri/fetonun-darbe-girisimi-new-yorkta-protesto-edildi—/0/237440)
Məsələ ilə bağlı Qənirə Ataşovadan ətraflı bilgi alımağa çalışacağıq.
Xatırladaq ki, ANS rəhbərliyi televiziya ətrafında yaranmış narahatçılığa görə Azərbaycan və Türkiyə xalqından üzr istəyib.
Həmin fotoşəkilləri təqdim edirik:
Qənirə Ataşovanın övladları ortada ön planda
trtrrrrr13820339_1223120567718606_1361154427_n

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın