Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Qəlyan və onun qorxunc zərərləri – ŞOK FAKTLAR

Qəlyan və onun qorxunc zərərləri – ŞOK FAKTLAR

Qəlyan çəkmək insanlara sağlam bir şey kimi təlqin edilir. Hətta bu zərərli vərdiş başqa bir zərərli vərdişə – siqaret çəkməyə alternativ olaraq göstərilir. İnsanlara bildirilir ki, qəlyan çəkmək siqaret çəkməkdən daha etibarlıdır və bu “həzz” vasitəsi adama hər hansı bir zərər vermir.

Əlavə olaraq, qəlyan çəkmək bir əyləncə kimi də qələmə verilir. Elə bu səbəbdən də ən çox kafe və barlarda insanlara bu zərərli vasitə əyləncə predmeti kimi təqdim edilir.

Lakin aparılan araşdırmalar nəticəsində, bunun heç də belə olmadığı məlum olur. Qəlyan çəkməyin nələrə səbəb olmağı, hansı xəstəlikləri əmələ gətirməyi, habelə bu qurğunun hissələri barədə yazımızda geniş məlumat əldə edə bilərsiniz.

Quruluşu

Qəlyan 5 hissədən ibarətdir:

Sər: Qəlyanın uzun gövdəsi. Boyun qismi dar olmaqla yanaşı qarın qisiminə enildikcə diametri genişləyən, quruluş olaraq dolçaya bənzəyən bir parçadır. Şüşə, metal və dulusçuluqdan edilir.

Lülə: Ən üstdə olan, təmbəkinin qoyulduğu dəlikli tabaq. Gümüş, düyü, ya da misdən düzəldilmiş, oymalarla bəzəkli bir mühafizə ilə çevrəlidir. Bu hissənin üzərinə köz qoyularaq lazımlı istilik təmin edilir.

Marpuç: Tüstünü şüşədən alan və ağıza çatdıran hissədir. Bu hissədə istifadə edilən xortum adətən qoyun dərisindən edilir.

Sipsi: Marpuçun ucuna ilişən, tüstünün içindən çəkildiyi kiçik ağızlıq. Əsasən kəhrəbadan edilir, lakin artıq xərc səbəbiylə və gigiyenik baxımından günümüzdə ümumiyyətlə plastik materiallardan düzəldilir. Sipsinin mərmər ya da gümüş olanları da mövcuddur.

Şüşə: İçində tüstünün filtr edildiyi deyilən, suyun olduğu və pıqqıldamaların gəldiyi hissə…

Qəlyanın içindəki su və tüstünün bundan keçərək sizə çatmasıyla, tüstünün azaldığını və ya tüstünün içərisində olan zəhərli maddələrin filtrələndiyini düşünürsünüzsə, yanılırsınız.

Tüstünün tərkibindəki zəhərli maddələr bir yana, hər dəfə bu tüstünü udan zaman gün ərzində ən çox siqaret çəkən insandan daha çox sağlığınıza ziyan vurmuş olursunuz.

Belə ki, qəlyan çəkdikdən sonra qəbul etdiyiniz tüstü bir saat ərzində sizin ciyərlərinizdən çıxmır və tütünün tərkibində olan mikroelementlər ağciyərlərin qəlsəmələrinə hoparaq orada uzun zaman qalır.

Qəlyanın dəhşətli zərərləri

Qəlyan çəkməyin zərərləri ilə bağlı aparılan araşdırmaların hamısı göstərir ki, qəlyan çəkən insanlar eynilə siqaret çəkənlərlə eyni xəstəliklərin daşıyıcısı olurlar. Öskürəkdən tutmuş, sinədəki xırıltılara qədər siqaret çəkən insanlarda görünən simptomların hamısını qəlyan çəkənlərdə də görmək mümkündür.

Bundan başqa, qəlyan çəkməyin sağlamlığınıza verəcəyi zərərlər aşağıdakılardan ibarətdir:

1. Kömürün tərkibində olan zərərli kimyəvi maddələr

Qəlyan çəkməklə əlaqələndirilən və ən böyük risk faktoru olaraq görülən amil qəlyan tütününü yandıraraq tüstü əldə olunmasını həyata keçirən kömürdür. Mütəxəssislər bildirirlər ki, bu risk faktorunun sağlamlığa verdiyi zərər siqaretin insana verdiyi zərərdən dəfələrlə çoxdur.

Tüstünü ciyərlərə çəkən zaman kömürün tərkibindən ayrılan qətran, karbon monoksit və xərçəngə səbəb ola biləcək bir sıra kimyəvi maddələr insanın ciyərlərinə hopur.

2. Daha çox zəhər

Qəlyanın zərərləri bununla bitmir. Daha dəhşətlisi, qəlyan tüstüsündəki bu zərərli maddələr öz təsirlərini müəyyən bir zaman keçdikcə daha çox göstərirlər.

Yəni, bir adam qəlyanın tüstüsünü nə qədər çox içinə çəksə, həmin zərərli maddələrin o adamın bədəninə girmə sıxlığı da artar. Bu bəhs etdiyimiz zəhərli maddələrin içərisində karbon monoksit və ağır metallarla birlikdə bir çox zərərli maddələr də var.

3. Fərqli növlərdə olan xərçəng xəstəliyi…

Qəlyan çəkmək üçün hazırlanan tütün ilə siqaret üçün hazırlanan tütün bir-birlərindən fərqlidir. Lakin bu onu deməyə əsas vermir ki, qəlyan tütününün verdiyi zərər, siqaret tütününün verdiyi zərərdən azdır.

Qəlyan tütününün də eyni siqaret tütünü kimi tərkibində çox zəhərli maddərlər var. Sağlamlığa zərərli bu maddələr ağızda, ağciyərdə, qırtlaqda, dildə xərçəngə səbəb ola bilər.

4.Daha uzun müddət, daha çox zərər

Qəlyan tütünündən əmələ gələn və ya buna bənzər başqa maddələrdən əldə olunan tüstü qatı insanın qırtlağında xərçəng xəstəliyinin əmələ gəlməsinə səbəb olur. Bunun səbəb isə, dumanın keçdiyi ağız və nəfəs borusuna hopmasıdır.

Siqaretdə isə, vəziyyət bir az fərqlidir. Siqaret çəkərkən duman içəri, yəni ciyərlərə çəkilir. Bu zaman tüstü sıxlığı, qəlyanda olduğu kimi davamlı və uzun müddətli olmadığından, bu cür xərçənglərin (ağciyər xərçəngi) əmələ gəlmə nisbəti, qəlyana nisbətən daha azdır.

Lakin məsələ qəlyan çəkməyə gəldikdə qırtlaq xərçənginə tutulma nisbəti siqaret çəkənlərə nisbətdə daha çoxdur. Çünki qəlyan daha uzun zaman ərzində çəkilir.

5. Ürək-damar xəstəlikləri

Qırtlaqda və ciyərlərdə xərçəngin əmələ gəlməsinə səbəb olan qəlyanın zərərləri bununla bitmir. Bu zərərli vərdişin səbəb olduğu sağlamlıq problemləri içərisində ürək-damar xəstəlikləri də var. Qeyd edək ki, bu xəstəlik qəlyan istifadəçiləri arasında ən məşhur olanıdır.

Aparılan araşdırmalar zamanı məlum olub ki, həm qəlyanın içinə qoyulan tütün, həm də o tütünün yaydığı tüstü, hər ikisi qətran ilə doludur. Bu da qəlyan çəkən şəxslərin ürək damarlarının tutulmasına səbəb olur və ürəyin qanla qidalanmasına maneələr yaranır. Nəticədə həmin insanda infarkt olma riski artmış olur.

6. Bulaşıcı xəstəliklər

Qəlyan siqaret kimi istifadə edilib, atılmadığına görə, yalnız ağızlıq qismi (müştük) dəyişdirilərək dəfələrlə istifadə edilir. Bu səbəbdəndir ki, eyni qəlyanı paylaşmaq məcburiyyətində qalan şəxslər yoluxucu xəstəliklərin bir-birlərinə keçməsinə səbəb olurlar.

Əsasən də kafe və barlarda bunun daha riskli olduğu dəfələrlə həkimlər tərəfindən bildirilib. İstifadə olunan müştüklər sonradan tullanılsa da, borunun içərisində yığılıb qalan tüpürcək təbəqəsi bu xəstəliklərin yayılmasının əsas səbəbidir.

7. Yeni doğulan uşaqlar üçün risk

Qadınların hamiləlik əsnasında qəlyan və ya tütün məhsullarından istifadə etməyi olduqca təhlükəlidir. Bu, anaya olduğu qədər bətndəki körpəyə də zərər verir. Qəlyan çəkən hamilə qadınların siqaret və ya digər tütün məshullarından istifadə edən qadınlardan heç bir fərqi yoxdur.

Hamiləlik zamanı qəlyandan istifadə edən ana, bətnindəki övladına qarşı ən böyük zərəri vermiş olur. Bu, özünü uşağın çəkisində də göstərir. Belə ki, dünyaya gələn körpə çəki normalarına cavab vermir və bu da onun tələf olmasına gətirib çıxara bilir.

Bundan başqa uşaqlar həyatlarının erkən dövrlərində ağciyər çatışmazlığından və çətin tənəffüs etmədən əziyyət çəkirlər.

Sağlamlıq insana Tanrı tərəfindən verilmiş ən böyük əmanətdir. Çalışaq bu əmanətə sahib çıxaq və gec olmadan bu kimi zərərli vərdişlərdən uzaq duraq.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın