Çərşənbə , Yanvar 20 2021
Ana səhifə / Gündəm / Qəhrəman zabitimiz Elnur Cəfərovun şəhidliyinin 4 ili tamam oldu – Foto

Qəhrəman zabitimiz Elnur Cəfərovun şəhidliyinin 4 ili tamam oldu – Foto

Dörd il bundan əvvəl, məhz bu gündə,  şəhid zabitimiz Elnur Cəfərov qəhrəmancasına həlak olub. Şəhid Cəfərov Elnur Cəfər oğlu 05.06.1978-ci ildə Şərur rayonunun Axaməd kəndində dünyaya göz açıb. 1993-cü ildə Axaməd kənd orta məktəbinin 8-ci sinfini bitirdikdən sonra, həmin ildə də C.Naxçıvanski adına Hərbi litseyə daxil olub. 1996-cı ildə C.Naxçıvanski adına Hərbi litseyi bitirdikdən sonra H.Əliyev adına Bakı Hərbi Ali Birləşmiş Komandirlər Məktəbinə daxil olur və 2000-ci ildə həmin məktəbi leytenant rütbəsində motoatıcı ixtisası üzrə müvəffəqiyyətlə başa vurur. 2000-ci ildən isə döyüş bölgəsində dislokasiya olunan hərbi hissələrin birində taqım komandiri vəzifəsində xidməti vəzifəsini icra etməyə başlayır. Elnur Cəfərov hərbi xidmətdə olduğu müddət ərzində kapitan rütbəsinə və tabor komandirinin müavini vəzifəsinə kimi yüksəlir…O xidməti illərində hissə komandirliyinin, zabit yoldaşlarının, əsgərlərin dərin hörmətini qazanmışdır.2014-cü il yanvarın 23-də saat 13.45-də erməni silahlı bölmələri atəşkəs rejimini pozaraq, Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığındakı mövqelərindən üzbəüz mövqelərimizi atəşə tutmuşlar.Həmin döyüşlərdə kapitan Elnur Cəfərov ŞƏHİDLİK zirvəsinə yüksəlir.
Şərur şəhər Şəhidlər Xiyabanında dəfn edilib.
Evli idi, 2 övladı, bir oğlu və bir qızı yadigar qalıb….
Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun əmri ilə döyüş postunda şəxsi şücaət göstərdiynə görə kapitan Cəfərov Elnur Cəfər oğlu ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı ilə təltif edilib.

Allah rəhmət eləsin!

Azinforum.az

Həmçinin oxuyun

Siyavuş Novruzov Əli Həsənovu “beşinci kolon”un üzvü adlandırdı

Milli Məclisin deputatı Siyavuş Novruzov Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri …