Çərşənbə , Aprel 24 2024
Ana səhifə / Gündəm / Qəbələ RPŞ-nin rəisi Etibar Abduyev öz dostunu müdafiə edir

Qəbələ RPŞ-nin rəisi Etibar Abduyev öz dostunu müdafiə edir

Mətbuatda gedən məlumata görə 13 sentyabr axşam saatlarında Qəbələdə “VAZ 2107” markalı avtomobil sərnişinlə dolu mikroavtobusla toqquşub. Nəticədə hər iki avtomobildəki sərnişinlərin biri hadisə yerində keçinib, digərləri isə ağır yaralanıb və təcili Qəbələ Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəsarət alanların 3-nün vəziyyəti çox ağır olduğundan onları Bakıya gətiriblər. AzNews.az-a daxil olan məlumata görə, hadisənin baş verməsinə səbəb yol polislərinin onları təqib etməsi olub. Elə buna görə də, xəsarət alanların qohumları Qəbələ rayonunun yol polis bölməsinin rəisi Fariz Həsənov və onun müavini Aydın Heydərovla bağlı aidiyyəti qurumlara müraciət ediblər. Zərərçəkənlərin yaxını İldırım Səmədovun mətbuata verdiyi açıqlamaya görə, polislər qəzaya səbəb olandan sonra hadisə yerindən qaçıblar: “Dünən axşam qardaşım Əhmədyar Səmədov və onun yoldaşı Gülxarə Səmədova, bacım Çeşminaz Ağayeva və yoldaşı Cumar Ağayev toydan gələrkən bu hadisə baş verib. Belə ki, yol patrul xidmətinin əməkdaşları yaxınlaşıb, onları qovaraq “saxla” əmri verib. Ən pis hal odur ki, polislər onları dar körpüdə qovub. Onlar da saxlamaq istəyəndə çaşıblar. Çünki həmin körpüdən sonra enli yol gəlirmiş. Qardaşım da həmin enli yolda saxlamaq istəyəndə qəza baş verib. Maşın körpünün qırağında olan səkiyə dəyib və maşını “Qazel”in altına tullayıb. Hadisənin olmasına şərait yaradan Qəbələ Rayon yol polisi bölməsinin rəisi Fariz Həsənov və onun müavini Aydın Heydərov hadisə yerindən qaçıblar. Onların insanlığı belə olmayıb. Hadisəni törədiblər, amma yaralılara yardım göstərmədən hadisə yerindən qaçıblar. Ən böyük bədbəxtçilik budur. Artıq hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə müraciət etmişik”. İ.Səmədovun sözlərinə görə, xəsarət alanların vəziyyəti pisdir: “Hadisədən sonra xəsarət alanlar xəstəxanaya gətirilib. 1 saatdan sonra bacımın yoldaşı Cumar Ağayev keçindi. Qardaşım Əhmədyar Səmədov isə ciddi xəsarətlər alıb. Bacım Çeşminaz Ağayevanın qolu iki yerdən qırılıb, başı zədə alıb və çənə sümüyü qırılıb. Bacım Çeşminazı tərpətmək heç mümkün deyil. Qardaşımın yoldaşı Gülxarə Səmədovanın vəziyyəti ağır olduğu üçün Bakıya göndərdik. Belə ki, onun sifət və çənə sümükləri qırılıb arxaya gedib”. Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə mətbuata açıqlamasında bildirib ki, hadisənin baş verməsinə səbəb sürücünün avtomobili içkili halda idarə etməsi və yol hərəkəti qaydalarını kobud surətdə pozması olub: “Hadisənin baş verməsi polislərin onları təqib etməsi ilə bağlı deyil. Səbəb həmin sürücünün içkili halda avtomobili idarə etməsi, yol hərəkəti qanunlarını pozmasıdır. Avtomobilin sürücüsü polislərin saxla əmrinə tabe olmayaraq, hərəkətin əks istiqamətinə çıxaraq başqa avtomobillə toqquşub. Burada polislərin heç bir günahı yoxdur”. Orxan Mansurzadə qəzadan sonra polislərin hadisə yerindən qaçması barədə deyilənləri də əsassız sayır: “Qəza baş verdikdən sonra polislər hadisə yerinə təcili tibbi yardım maşınlarını və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarını çağırıblar. Hətta xəsarət alanların xəstəxanaya yerləşdirilməsi prosesində də iştirak ediblər. Ona görə də, polislərin hadisə yerindən qaçmaları barədə deyilənlərin heç bir əsası yoxdur”. …Bu gün Qafqaznews.az-ın redaksiyasına Qəbələ RPŞ-nin rəisi Etibar Abduyev və Qəbələ DYPB-nin rəisi Fariz Həsənovla bağlı yeni məlumatlar daxil olub. Məlumatda bildirilir ki, baş vermiş hadisədən sonra RPŞ-nin rəisi Etibar Abduyev Fariz Həsənovu cəzalandırmaq əvəzinə onun müdafiəsinə qalxıb. Bütün bunlar Etibar Abduyevlə Fariz Həsənovun uzun illər dostluq münasibətlərindən irəli gəlir. İctimaiyyətə bəllidir ki, Etibar Abduyev vaxtı ilə ildırım sürəti ilə gəlib Qəbələ RPŞ-nin rəisi olub. Etibar Abduyev əslən Qəbələdəndir və uzun illər Abşeron RPŞ-nin sahə inspektoru vəzifəsində xidmət edib. O vaxtlar onun bir başa rəisi Abşeron RPŞ-nin xidmət üzrə rəis muavini və hazırda Bakı şəhərinin Nizami RPİ-nin rəisi Nofəl Məhərrəmov olub.
Screenshot_2015-09-17-14-58-00_resized Nofəl Məhərrəmovun demək olar ki, Etibar Abduyevə antipatiyası olub. Səbəb isə…  O vaxtlar Etibar Abduyev  Qəbələdən ona  kisələrdə göndərilən  qoz-fındığı  xidməti formada Təzə bazara aparıb  satanda DİN-in 7- ci idarəsinin  əməkdaşları tərəfindən fotosu çəkilib. Nofəl Məhərrəmovun xoşlamadığı digər şəxs isə Abşeron DYPB-nin baş inspektoru vəzifəsində xidmət edən Fariz Həsənov olub. Həmin vaxt ən çox şikayətlər Fariz Həsənovun yollardakı əməllərindən olardı. Sonra Nofəl Məhərrəmov polis rəisi təyin olundu və bir neçə il sonra Etibar Abduyev də ildırım sürəti ilə Qəbələ RPŞ-nin rəisi təyin olundu. İki rəisin maraqlı görüşü olub. Şahidlərin dediyinə görə, bu görüş DİN-də keçirilən kollegiya iclasında baş verib. Nofəl Məhərrəmova yaxınlaşan Etibar Abduyevin ilk sözü bu olub ki, rəis məni təbrik elə, mən də rəis oldum… Nofəl Məhərrəmov isə cavab verib ki, ayə, sən burda nə gəzirsən..? Etibar Abduyev isə bir daha bildirib ki, mən Qəbələ RPŞ-nin rəisi təyin olunmuşam. Nə isə.. indi isə qayıdaq sentyabırın 13-ü axşam saatlarında baş verən hadisəyə. Qəbələ rayonundan əldə etdiyimiz məlumata görə, Etibar Abduyev Fariz Həsənovu müdafiə edir. Niyə..? Deməli belə çıxır ki, Etibar Abduyevlə Fariz Həsənov Abşeron RPŞ-də xidmət edərkən ən çox şikayət daxil olan polis əməkdaşları siyahısında olduqları üçün, bu gün rəis öz işçisinin müdafiəsinə qalxıb. Bəlkə də, Fariz Həsənov Etibar Abduyevin biz bilmədiyimiz məcaralarının canlı şahididir..? Hansı macəraların..? Bu barədə növbəti yazıda.

Qafqaznews.az

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın