Şənbə , May 25 2019
Ana səhifə / Gündəm / Putin: “Əliyev mənə dedi ki, hələ gəncsən, anlamırsan…”

Putin: “Əliyev mənə dedi ki, hələ gəncsən, anlamırsan…”

“Mehriban qonşuluq, yüksək mənəviyyat və qarşılıqlı hörmət yeni minillikdə qardaş Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsinin möhkəm əsasıdır”. Azinforum.az-ın məlumatına görə, Axar.az ümummilli lider Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü ərəfəsində xatırladır ki, bu sözlər o vaxt Azərbaycana səfər etmiş Rusiya Prezidenti Vladimir Putinə məxsusdur. O, səfəri zamanı Rusiya-Azərbaycan əlaqələrinin bərpasında Heydər Əliyevin mühüm rolunun olduğunu bildirib: “Prezident Heydər Əliyeviç Əliyevi onun yanında tərifləmək mənim üçün münasib deyil. Lakin onun dövləti müdrikliyini, – daha münasib söz tapmaq çətindir, – qeyd etməyə bilmərəm. Bu da ondan ibarətdir ki, Sovet İttifaqının dağılmasından sonra gedən çox mürəkkəb proseslərə baxmayaraq, Azərbaycanla Rusiya arasında münasibətlərdə, – nə gizlədim, bu barədə heç vaxt açıq danışmasaq da, hər halda, müəyyən gərginlik olub. Azərbaycanda rus mədəniyyətinə və rus dilinə münasibət faktı, – bu isə məhz Azərbaycan Prezidentinin son illərdə apardığı həmin siyasətdir, – təkcə dövlətlərarası münasibətlərin əvvəlki həcmdə bərpası üçün deyil, həm də münasibətlərin ölkələrimizin xalqlarının mənafeyi naminə inkişafı üçün qapıları açıq qoyub”. Putin bu səfərinin iki ölkə arasında münasibətlərin inkişafına təkan verəcəyini söyləyib: “Rusiyanın və Azərbaycanın tərəqqisinə həqiqi qayğı Azərbaycan və Rusiya xalqları arasında toplanmış dostluq potensialını təkcə qoruyub saxlamağı deyil, həm də onu zənginləşdirməyi tələb edir. Mehriban qonşuluq, yüksək mənəviyyat və qarşılıqlı hörmət yeni minillikdə qardaş Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsinin möhkəm əsasıdır. Azərbaycan Prezidenti məni rəsmi səfərə dəvət edəndə dedim ki, Heydər Əliyeviç, biz onsuz da Sizinlə hər üç aydan bir görüşürük, vaxt itirmək nəyə lazımdır? O dedi, sən hələ cavansan, başa düşmürsən, əslində, bunun həm Rusiya, həm də Azərbaycan üçün əhəmiyyəti böyükdür. Onda mən ona dedim ki, “yaxşı, gələrəm”. Amma hiss edirəm ki, səhv etdim, fikrimi dəqiq ifadə etmədim, yaxşı yox, “çox yaxşı” deməliyəm. Həqiqətən, dünənki və bugünkü görüşlərimizdən aydındır ki, bu, sadəcə, formal olaraq iş deyil, bu, həqiqətən Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafına ciddi və əhəmiyyətli təkan verə bilər və yəqin ki, verəcəkdir”. Rusiya prezidenti həmçinin Heydər Əliyevi özünün həmyerlisi adlandırıb: “Lakin sözümü bununla qurtara bilmərəm. Mən bu dəvəti təkcə ümumən Azərbaycana, onun rəhbərinə çox xoş hisslər bəslədiyimizə görə deyil, həm də ona görə qəbul etdim ki, Heydər Əliyeviç xeyli dərəcədə mənim həmyerlimdir, – hər halda, mən belə hesab edirəm. Bəli, bu həqiqətən belədir. Düşünürəm ki, Siz indi mənimlə razılaşacaqsınız, çünki o, xeyli müddət mənim doğma şəhərimdə – Peterburqda – Leninqradda yaşayıb, orada xüsusi təhsil müəssisəsini bitirib. Mən öz həmkarlarımdan xahiş etmişəm, biz bir sıra arxiv sənədləri qaldırmışıq. O, hələ bunu bilmir, bu da onun üçün gözlənilməzdir. Xüsusi məktəbi bitirmək haqqında şəhadətnamə budur, orada yazılıb: “Baş leytenant Heydər Əliyevin şəhadətnaməsi. 16 may 1949-cu il”. Sonra onun təhsilinin nəticələri gəlir. Mən hamısını olmasa da, bəzi yerlərini oxuyacağam. “Dialektik və tarixi materializm – əla, Çekist hazırlığı – əla, SSRİ-nin və xarici ölkələrin iqtisadi və siyasi coğrafiyası – əla. Cinayət hüququ – əla, Ədəbiyyat – məqbul, Hərbi iş – məqbul, Rus dili – əla”. Zənnimcə, burada başqa qiymətlər yoxdur. Hamısı “əla”dır. Sonda demək istərdim ki, əgər universitetinizin tələbələri də Azərbaycan Prezidentinin vaxtilə oxuduğu kimi oxusalar, ölkənin tərəqqisi işi etibarlı əllərdə olacaqdır”.

Həmçinin oxuyun

“Prostoy vətəndaş” Orduxana bu dəfəki sərt cavabı Şəhidlər Xiyabanından verdi-VİDEO

“Prostoy vətəndaş” ləqəbi ilə tanınan ictimai fəal, diaspor nümayəndəsi, xeyriyyəçi Akif Məmmədov öz “Feysbuk” səhifəsində …

Bir cavab yazın