Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / Prorektorun otağından yarım milyon necə oğurlanıb? – “Dedi ki, qız qaçıracaq…”

Prorektorun otağından yarım milyon necə oğurlanıb? – “Dedi ki, qız qaçıracaq…”

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Odlar Yurdu Universitetinin prorektorunun xidməti otağından seyf oğurlamaqda təqsirləndirilənlər – Sübhan Ələkbərov, Pərviz Quliyev, Həzrət Məmmədov, Vüqar Vəliyev, Mirsənan Seyidov, Fərahim Baxışlı və Nemət Fərhadovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Qafqazinfo“nun verdiyi xəbərə görə, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə ilkin baxış iclası baş tutub.

Dövlət ittihamçısı ittiham aktını elan edib. Təqsirləndirilən şəxslər prorektor Munir Vəliyevin otağından içində 429 min manat olan seyfi oğurlamaqda ittiham edilirlər.

Sübhan Ələkbərov sərbəst ifadə verərək deyib ki, oğurluqdan öncə dəfələrlə universitetdə olub: “Yeznəm Vüqar Vəliyevin otağında olmuşdum. O, seyfdə pulun olduğunu dedi, oğurluğu da birgə planlaşdırdıq. Pulun 20 faizini də Vüqara verəcəkdik. Mən gündüz universitetə gəldim, Vüqar mənə Münir müəllimin otağını və otaqdajı seyfin yerini göstərdi. Dedi ki, seyfdə təxminən 100 min manat var. Axşam Vüqar bizə gəlib universitetin planını ağ kağızda çəkdi, mənə giriş-çıxışları öyrətdi. Sonra Pərviz Quliyevlə görüşüb oğurluğu necə edəcəyimizi danışdıq, o, Raminlə Həzrəti götürüb gəlmişdi. Hasardan aşıb Munir müəllimin otağına girdik, seyfi götürüb gəldiyimiz maşına qoyub Hökməliyə getdik. Orada seyfi sındırıb içindən 20 mini Vüqar üçün ayırdım. Qalanını aramızda böldük. Seyfdə 400 min yox, 120 min pul olub. Universitetin rektoru Əhməd Vəliyev məhkəməyə gəlib desin ki, oğurluğu mənim etdiyimi haradan bilib”.

Fərahim Baxışlı isə oğurluğa maşını ilə gəldiyini deyib: “Sübhan zəng edib qız qaçırdacağını və bunun üçün maşın lazım olduğunu deyərək məni Bakıya çağırdı. Mirsənanın maşını ilə gəldik. Qız qaçırtmasaq da, oğurluq etdik. Mənə də min manat verdilər”.

Məhkəmə prosesi noyabrın 18-də davam etdiriləcək.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın