Cümə axşamı , Aprel 18 2019
Ana səhifə / Gündəm / Prorektorun bahalı atını zəhərləyib, öldürdülər – Binə Atçılıq Mərkəzində (FOTO)

Prorektorun bahalı atını zəhərləyib, öldürdülər – Binə Atçılıq Mərkəzində (FOTO)

Binə Atçılıq Mərkəzində prorektorun atını zəhərləyib öldürüblər.

Unikal.org xəbər verir ki, Bakı Mühəndislik Universitetinin maliyyə işləri üzrə prorektoru Yavər Məmmədovun Qarabağ cinsindən olan “Tamerlan” adlı atı ölüb. O, iddia  edir ki, onun atını zəhərləyib, öldürüblər:

“Bu at xüsusi Qarabağ cinsi idi və böyük keçmişi var idi. Mən bu atı Əmir Teymurun şərəfinə “Tamerlan” adlandırmışdım. Mən atı ana bətnində 7 aylığında olanda gözləmişdim. Artıq 10-cu ayı tamam olacaqdı. Xüsusi qulluq edilən at idi. Mən hər ay ailəmin büdcəsindən 300 manat Binə Atçılıq Mərkəzinə ödəniş edirdim. Ata vaxtı-vaxtında orda qulluq edirdilər və bu barədə federasiya rəhbərliyinin də məlumatı var idi. Çünki orada sənədsiz, sıradan atlar saxlanılmır. Binə Atçılıq Mərkəzində atlara gündə 5 dəfə qida verilir. Xüsusi qulluq olunan yerdə at necə zəhərlənə bilər? Yanvar ayının 19-u atımı görməyə getdim. Çox şux, sağlam idi. Heç bir problemi yox idi. Yanvar ayın 20-si mənə məlumat verdilər ki, atım “Tamerlan”ın səhhəti pisdir. Həkim birqadaları çağırıldı. Həkimlər bildirdilər ki, atınız zəhərlənib. Bu at zəhərlənmişdisə niyə səhər yardım göstərməyib, günortaya qədər saxlamışdılar? Orada atımı gözü götürməyən müəyyən adamlar var idi. Bilmirəm bunu hansı əliqurumuş, nanəcib, alçaq edə bilərdi? Mən hüquq-mühafizə orqanlarına da müraciət etməyəcəm. Mən o atı elə tərbiyələndirmişdim ki, ingilis atları belə ona çata bilməzdi. Atçılıq federasiyasının rəhbərliyi, baş katib Bəhruz Nəbiyev də məsələdən xəbədardır. Bəhruz Nəbiyevi dost bilirdim, amma onun mədəniyyəti çatıb, mənə zəng edib baş sağlığı belə vermədi. Azərbaycanın Qarabağ atı tələf oldu. Adamda vicdan, kişilik, mənlik olar. Onun oturduğu otaqla, atın qaldığı yer arasında 500 metr məsafə var idi. Amma o bu məsələ ilə maraqlanmadı. Keçən il parada görə məni təltif etmişdilər. Elçin Quliyevin bu məsələdən məlumatı olub-olmadığını bilmirəm. Mənə dünyanın bir çox yerlərindən tanınmış mütəxəssislər baş sağlığı verdi. Çox üzgünəm, o atı öz doğmam hesab edir, 17 aydır ona görə həyəcan keçirirdim. Mənim o atla bağlı arzularım var idi. Onun boynunda medal görmək istəyirdim”.

Yavər Məmmədov bildirir ki, bu xoşagəlməz hadisə Binə Atçılıq Mərkəzində ilk deyil və bir dəfə də bahalı at tələf olmuşdu:

“Bir müddət öncə orada qiyməti 300-400 min olan at tələf olmuşdu. Buna görə cinyət işi açılmışdı. Məsələdən federasiyanın rəhbəri Elçin Quliyevin də xəbəri var idi. İşi şəxsi nəzarətinə götürmüşdü”.a

Həmçinin oxuyun

Prezident eks-naziri rektor təyin etdi

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Dəniz Akademiyasına yeni rektor təyin edib. “Qafqazinfo” xəbər verir ki, …