Cümə , Noyabr 27 2020
Ana səhifə / Gündəm / Prokuror tanınmış iş adamına 5 il cəza istədi – Zərərçəkən buna sərt formada etiraz etdi

Prokuror tanınmış iş adamına 5 il cəza istədi – Zərərçəkən buna sərt formada etiraz etdi

Bu günlərdə Azinforum.az saytı olaraq tanınmış iş adamı, sabiq prokurorluq işçisi Şahin Hüseynlinin həbsi barədə məlumat vermişdik. Bizim araşdırmamız nəticəsində Şahin Hüseynlinin həbsinin əsl motivi üzə çıxıb. Məlum olub ki, Şahin Hüseynli Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinir və hal-hazırda onunla bağlı cinayət işininin məhkəmə istintaqı Xəzər rayon Məhkəməsində aparılır.  Marqlıdır ki, bu cinayət işində yeganə  zərərçəkən kimi Şahin Hüseynlinin həyat yoldaşı (kəbinli-red) tanınıb.  Şahin Hüseynlinin həyat yoldaşı   Azinforum.az-a verdiyi müsahibədə  faktı təsdiq edib və təqsirləndiriləndən  şikayətçi olmadığını, bununla bağlı barışıq ərizəsi yazdığını da bildirib. (Həmin müsahibə ilə bu linkə  tıklamaqla tanış ola bilərsiniz-red).

Əldə etdiyimiz məlumata görə, 26 dekabr tarixində Xəzər rayon Məhkəməsində  keçirilən iclasda dövlət ittihamçısı məhkəmədən Şahin Hüseynlinin 5 il azadlıqdan məhrum edilməsini istəyiib.

Azinforum.az criminal.az saytına istinadən  bildirir ki,  məhkəmə prosesində Ş.Hüseynlinin xanımı (zərərçəkən-red) dövlət ittihamçısının cəza istəyi ilə razılaşmayaraq özü ilə gətirdiyi ülgüc  ilə damarlarını doğrayıb və  “mən bu işi belə qoymayacağam! Bütün lazımi instansiyalara şikayətlər yazmağa davam edəcəm” deyərək  etirzaını bildirib.

Bundan sonra Ş.Hüseynli son söz deyib: “Hörmətli hakim xanım, siz də qadınsınız. Xanımın nələr keçirdiyini bilərsiniz. O, məni bağışlayıb. Biz barışmışıq. Burdan 3 ildən sonra da, 5 ildən sonra da çıxsam, yenə birlikdə həyatımıza davam edəcəyik. Biz sizinlə həmkarıq. Mən çox yaxşı bilirəm pərdəarxasında nələr baş verir. Ancaq mən bunlara heç vaxt müdaxilə etmərəm. Quranı tam oxuyub başa çatan insanam. Sizdən xahişim budur ki, əlinizi vicdanınıza qoyun və düzgün qərar verin.”

Məhkəmə prosesi gələn ilin yanvar ayının 22-nə təxirə salınıb.

Azinforum.az olaraq qeyd edirik ki, Şahin Hüseynli ölkənin bir çox tanınmış məmurları və iş adamları ilə yaxın qohumluq əlaqələrinə malik olan adamdır.

Azinforum.az

 

Həmçinin oxuyun

“Nar” “COVID-19” virusu ilə mübarizə aparan həkimlərə rabitə dəstəyini davam etdirir

“Nar” koronavirus (COVID-19) infeksiyasının daha da artdığı dövrdə virusla mübarizə aparan həkimlərə növbəti dəfə rabitə …