Ana səhifə / Gündəm / Polkovnikin qəzada ölən oğlu 150 sürətlə “kruq”a girib – Faciənin təfərrüatı

Polkovnikin qəzada ölən oğlu 150 sürətlə “kruq”a girib – Faciənin təfərrüatı

Xəbər verdiyimiz kimi, Lənkəranın keçmiş rəisi, polis polkovniki Möhübbət Hüseynovun oğlu Anar Hüseynov dünən axşam faciəvi şəkildə həlak olub. O,  saat 19 radələrində İmişli rayonunun Allahmədətli kəndində idarə etdiyi “Range Rover”i aşırıb. Xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Qafqazinfo”nun əldə etdiyi məlumata görə, mərhumun cənasəzi Bakıya gətirilib, bu gün dəfn ediləcək.

Anar Hüseynov evli olub, Vergilər Nazirliyinin əməkdaşı imiş.

“Qafqazinfo” dünən gecə baş verən məlum faciə ilə bağlı daha bir necə maraqlı detal əldə edib. Belə ki, hadisənin baş verməsinə səbəb yüksək sürət olub. Anar Hüseynov avtomobili yüksək sürətlə idarə edib və 90 dərəcəli bucaq altında olan dairəyə 150 sürətlə daxil olub. Avtomobil dairədə idarəetmədən çıxıb və aşaraq 100 metr kənara yuvarlanıb. Tam istifadəsiz vəziyyətə düşən “Range Rover”dən sürücünü ölümcül halda çıxarıb xəstəxanaya çatdırsalar da, həyatını xilas etmək mümkün olmayıb. O da məlum olub ki, Anar Hüseynovun atası, Azərbaycanda uzun illər polis rəisi vəzifəsində çalışan Möhübbət Hüseynov hazırda xaricdədir və ölkəyə bu gün dönüşü gözlənilir.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın