Ana səhifə / Gündəm / Polis olan qaynını öldürən və 12 illik həbs cəzası almışşəxs niyə azadlığa buraxılır?

Polis olan qaynını öldürən və 12 illik həbs cəzası almışşəxs niyə azadlığa buraxılır?

Qətl törədən keçmiş polis əməkdaşı azadlığa buraxılıb.

Musavat.com xəbər verir ki, Qaradağ Rayon Məhkəməsində qaynı Zaur Əliyevi qətlə yetirən məhkum Tural Qafarovun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair əzrizəsinə baxılıb. Məhkəmə onun ərizəsini müzakirə edib və T.Qafarovun ərizəsi təmin edilib. Məhkəmə keçmiş polis əməkdaşının cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar çıxarıb. Amma prokuror qərardan narazı qalıb və apellyasiya protesti verib. İşə Bakı Apellyasiya Məhkəməsində baxılacaq.

Qətl hdfisəsi 2009-cu il dekabrın 1-də baş verib. Səbail Rayon Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin baş əməliyyat müvəkkili, polis mayoru, 1979-cu il təvəllüdlü Tural Kamil oğlu Qafarov yaşadığı mənzildə ailə münaqişəsi zəmində keçmiş həyat yoldaşı Nərgiz Əliyevanın qardaşı Zaur Əliyevi bıçaqla qətlə yetirib. Qətlə yetirilən Z.Əliyev polis çavuşu olub. Tural Qafarov məhkəmədə çıxış edərkən baş verən hadisədə keçmiş həyat yoldaşını günahlandırıb.

O, qaynı ilə aralarında yaranmış mübahisənin səbəbkarı kimi keçmiş həyat yoldaşını göstərib: “Nərgizə həmişə deyirdim ki, axırda qan çıxaracaqsan. Bəsdir, məndən əl çək. Axırda qardaşı öldü, mən də həbsə düşdüm”.

2009-cu ildə Nərgiz Əliyeva ilə şəxsi istəkləri ilə ayrıldıqlarını deyən T.Qafarov söyləyib ki, həmin gün oğlunu görməyə gedibmiş: “Oğlum anası Nərgizlə onun atasıgildə qalırdı. Mən də hərdən uşağı gəzməyə aparırdım. Hadisə baş verən gün axşam saatlarında oğlum üçün oyuncaqlar almışdım. Oyuncaqları götürüb, Nərgizin yaşadığı həmin evə getdim. Nərgizin mobil telefonuna zəng edib uşağı soruşdum. Nərgiz isə dedi ki, “biz də sizə gələcəyik”. Mən əhəmiyyət vermədim. Mənzilə qalxıb oyuncaqları oğluma verdim. 20 dəqiqəyə yaxın oğlumla qapının ağzında söhbət etdim. Bu zaman qaynım Zaur zəng etdi və harada olduğumu soruşdu. Mən onlarda olduğumu dedim. Gözlədim, amma gəlmədi. Mən evə gələndən bir neçə dəqiqə sonra Nərgiz qardaşı ilə ora gəldi. Nərgiz məni görən kimi üstümə cumdu və nalayiq sözlər işlətməyə başladı. Mən Zaura yaxınlaşıb dedim ki, axı biz danışdıq ki, bu məsələ atam Azərbaycana qayıdandan sonra həll olunacaq. Zaur mənə başımdan yumruq vurdu və başım dəmirə dəydi. Bundan sonra nə baş verdiyini bilmirəm”.

Əməlindən peşman olduğunu söyləyən T.Qafarov mərhumu xəstəxanaya aparsalar da həyatını xilas edə bilmədiklərini deyib.

Qeyd edək ki, T.Qafarov 2010-cu il avqust ayının 4-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin (indiki Bakı Ağır Cinayətlər Məhkəməsi) hökmü ilə 12 il müddətinə azadlıqdan məhrum edilib. T.Qafarov Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham olunurdu. O, cəzasının 3/4-lük müddətini çəkdiyi üçün azadlığa buraxılıb.

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın