Cümə , Yanvar 22 2021
Ana səhifə / Gündəm / Paşinyan bir saatda 2 dəfə Putinə zəng edib
MOSCOW, RUSSIA Ц SEPTEMBER 8, 2018: Armenia's Prime Minister Nikol Pashinyan (L) and Russia's President Vladimir Putin during a meeting at the Moscow Kremlin. Mikhail Metzel/TASS –осси€. ћосква. ѕремьер-министр јрмении Ќикол ѕашин€н и президент –оссии ¬ладимир ѕутин (слева направо) во врем€ встречи в  ремле. ћихаил ћетцель/“ј——

Paşinyan bir saatda 2 dəfə Putinə zəng edib

Ermənistan Baş naziri Nikol Paşinyan bir saat ərzində iki dəfə Rusiya Prezidenti Vladimir Putinlə telefonla danışıb. “Qafqazinfo” bildirir ki, bu barədə o, feysbukda bildirib.

“Laçın dəhlizinin yaşayış məntəqələri, itkin düşmüşlər, axtarış işləri, əsirlərin və ölənlərin meyitlərinin dəyişdirilməsi prosesi, sülhməramlıların yerləşdirilməsi və delimitasiyası, həmçinin regionun nəqliyyat kommunikasiyalarının açılması əsas müzakirə mövzuları olub”, – o, sosial şəbəkədəki səhifəsində yazıb.

Paşinyanın sözlərinə görə, bu cür müzakirələr vaxtaşırı, bəzən isə gündə bir neçə dəfə aparılır.

 “Xarakterini və tezliyini nəzərə alaraq bu müzakirələr barədə heç də hər zaman məlumat yaymırıq”, – deyə o əlavə edib.

Həmçinin oxuyun

Siyavuş Novruzov Əli Həsənovu “beşinci kolon”un üzvü adlandırdı

Milli Məclisin deputatı Siyavuş Novruzov Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri …