Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / Partlayış olan evin sahibi yüksək vəzifəli şəxsdir… – Fotolar +Yenilənib

Partlayış olan evin sahibi yüksək vəzifəli şəxsdir… – Fotolar +Yenilənib

Hökməli qəsəbəsində dəhşətli partlayışın baş verdiyi ev sahibi vəzifəli şəxs imiş.

Qafqazinfo”nun əldə etdiyi məlumata görə, zərərçəkmiş Müşfiq Qurbanov “Azəravtoyol” ASC-də Aparat rəhbəridir.

Qeyd edək ki, partlayış zamanı onun 3 yaşlı qızı Banıçiçək Qurbanlı dünyasını dəyişib. Özü, həyat yoldaşı Şəbruz Novruzova və 12 yaşlı qızı Leyla isə ağır xəsarət alıb.

***

Lent.az-ın məlumatına görə, Müşfiq Qurbanovun həyat yoldaşı Şəbruz Novruzova isə cərrahdır. Ş.Novruzova Tibb Universitetinin Cərrahi xəstəliklər kafedrasında çalışır və abdominal cərrahiyyə üzrə ixtisaslaşıb.

***

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova “Qafqazinfo”ya bildirib ki, xəsarət alanlar 5 nömrəli xəstəxananın yanıq şöbəsinə yerləşdirilib: “Hazırda üçünün də vəziyyəti ağırdır”.

Partlayış olan evin sahibi yüksək vəzifəli şəxsdir... -  Fotolar +Yenilənib

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın