Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Gündəm / Parlamentin buraxılması bu gün müzakirəyə çıxarılır

Parlamentin buraxılması bu gün müzakirəyə çıxarılır

Bu gün Milli Məclisdə parlamentin buraxılması məsələsi müzakirə ediləcək. 

“Qafqazinfo”nun məlumatına görə, bugünkü plenar iclasın gündəliyinə yalnız bir məsələ daxil edilib. 

Millət vəkilləri Yeni Azərbaycan Partiyasını təmsil edən deputatların Milli Məclisin buraxılması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevə müraciətini müzakirə edəcəklər.

Qeyd edək ki, noyabrın 28-də YAP Siyasi Şurasında deputatlara Milli Məclisin buraxılması ilə bağlı təşəbbüs vermək tövsiyə olunub.

Həmçinin oxuyun

Qarabağ müharibəsi və FETÖ-nun Azərbaycanda son çırpıntıları…

Azərbaycan-Türkiyə münasibətlərinin ən pik inkişaf nöqtəsinə çatması böyük tarixi zərurət idi. İki ölkə arasındakı bu …