Ana səhifə / Gündəm / Oteldə öldürülən qadını meyxanaçı ilə nə bağlayır? – Foto

Oteldə öldürülən qadını meyxanaçı ilə nə bağlayır? – Foto

Qubada istirahət mərkəzində öldürülən1978-ci il təvəllüdlü Könül Zalovanın tanınmış meyxanaçı Sadıqla dostluq münasibəti olub.

 

Axar.az xəbər verir ki, bu barədə “Kriminal.az” saytı yazıb. Onun meyxanaçı ilə birgə fotosu da üzə çıxıb. Könülün bir azyaşlı övladının olduğu da vurğulanır.

 

Xatırladaq ki, Könül sevgilisi olduğu iddia edilən Elməddin Əhmədov tərəfindən qətlə yetirilib. Onların qısqanclıq zəminində mübahisə etdiyi və nəticədə içkili olan Elməddinin Könülü öldürdüyü ehtimal olunur.

 

Hazırda Elməddin Əhmədov əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa təhvil verilib.

 

Qeyd edək ki, qətl Qəçrəşdəki “Retro” istirahət mərkəzində baş verib.

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın