Ana səhifə / Gündəm / Oqtay Şirəliyevin bu kadrı da narazılıq yaradır… – İTTİHAM VAR

Oqtay Şirəliyevin bu kadrı da narazılıq yaradır… – İTTİHAM VAR

İki ilə yaxındır ki, Gəncə səhiyyəsi Əlikram Məmmədovun əlindən qan ağlayır. Belə ki, 2014-cü ilin noyabr ayında səhiyyə naziri Oqtay Şirəliyevin əmri ilə Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi vəzifəsinə təyin olunan Əlikram Məmmədovun yol verdiyi ciddi nöqsanlar səbəbindən bu gün adıçəkilən şəhərin sakinləri müalicə, eləcə də müayinə olunmaq üçün paytaxt Bakıya üz tutmaq məcburiyyətində qalıb. Əlikram Məmmədovun bundan öncə Tibb Universitetinin III cərrahiyyə şöbəsinin kafedra müdiri vəzifəsində çalışdığını vurğulayan məlumatlı şəxsin Gundelik-Baku.com-a verdiyi bilgidə deyilir ki, onun gəlişindən sonra elan olunan tenderlərin əksəriyyətində müəmmalı məqamlar yaşanır. Beləliklə, bu ilin mart ayının ortalarında Gəncə Şəhər Səhiyyə İdarəsinin avadanlıqlar, digər maşın və avadanlıqların, inventarların, yumşaq inventarlar, əsaslı təmir işlərinin aparılması məqsədilə tender elan etdiyini vurğulayan mənbənin sözlərinə görə, Əlikram Məmmədovun nəzarətində olan səhiyyə müəssisələrinin bir çoxunda acınacaqlı durum hökm sürür: «Məlumat üçün bildirim ki, Gəncə Şəhər Səhiyyə İdarəsinin tabeliyində olan müəssisələrə Abbas Səhhət adına Xəstəxana, Təcili Tibbi Yardım Xəstəxanası, Göz xəstəxənası, Yoluxucu xəstəliklər Xəstəxənası, 6 saylı şəhər poliklinikası, Endokrinoloji xəstəxana, Psixiatriya xəstəxanası, 1 saylı Uşaq xəstəxanası, 2 saylı Uşaq xəstəxanası, Regional Perinatal Mərkəz, 1 saylı Doğum Evi, Onkoloji xəstəxana, Narkoloji dispanser, Psixonevroloji dispanser, Kardioloji xəstəxana, Vərəm əleyhinə xəstəxana, 2 saylı xəstəxana, 1, 2, 3, 4 və 5 saylı şəhər poliklinikaları, 1, 2, 3 və 4 saylı uşaq poliklinikaları, Uşaq stomatoloji poliklinikası, Təcili və Təxirəsalınmaz Tibbi YardımStansiyası, Diaqnostika Mərkəzi, «Nigah və Ailə» Məsləhətxanası, «Ailə Planlaşdırılması və Reproduktiv sağlamlıq Mərkəzi», Müharibə və Əmək Veteranları poliklinikası, Qadın məsləhətxanası, Stomatoloji Poliklinika, Körpələr evi və Mərkəzləşmiş Tibbi Yardım Avtomaşınlar Qarajı aiddir. Deyilənlərə görə, adıçəkilən tibb müəssisələrinin əksəriyyətinin rəhbəri Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisinin yaxın adamları olduğundan Əlikram Məmmədovun onların yol verdikləri qanun pozuntularına göz yumur, hətta bəzi məqamlarda tabeçiliyində olan şəxslərə himayədarlıq etməkdən belə çəkinmir. Elə buna görə də Gəncədə fəaliyyət göstərən tibb ocaqlarının rəhbərliyinin bir çoxu heç kimdən, heç nədən çəkinmədən öz bildiklərini edirlər». Hazırda Gəncə Endokrinoloji xəstəxanasında qeydiyyatda olan şəkərli diabet xəstələrinin dərman pereparatları ilə təminatında ciddi problemlərin yaşandığını qeyd edən məlumatlı şəxs bildirir ki, onlar insulin və digər şəkərsalıcı dərmanları əldə edə bilmirlər: «Təbii ki, məhz bu faktın özü Endokrinoloji xəstəxanasında, eləcə də ümumən Gəncə Şəhər Səhiyyə İdarəsində vəziyyətin heç də arzulanan səviyyədə olmadığını deməyə əsas verir. Nəzərinizə çatdırım ki, dövlət hesabına verilən insulini vaxtında əldə edə bilməyən şəkərli xəstələrin durumu gün keçdikcə daha da ağırlaşır. Deyilənlərə görə, verilən insulinin həm keyfiyyəti aşağıdır, həm də mənşəyi bilinmir». Məlumat üçün nəzərinizə çatdıraq ki, ölkə başçısının təsdiq etdiyi «Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında» Qanunun 9-cu maddəsində qanunun pozulmasına görə məsuliyyət hissəsində deyilir ki, bu qanunu pozan hüquqi və fiziki şəxslər qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar. Bu arada, əldə etdiyimiz informasiya həmçinin, o da deyilir ki, Gəncə Şəhər Səhiyyə İdarəsinin rəisi Əlikram Məmmədovun tabeçiliyində olan xəstəxana və poliklinikalara vakant yerlərə işçilərin qəbulu zamanı bir sıra neqativ hallara rəvac verir. Belə ki, mənbənin sözlərinə görə, idarə rəisinin ayda bir dəfə təşkil etdiyi imtahanlarda tibb bacısı olmaq istəyənlər 2500-3000 manat «ödəniş» etmək məcburiyyətindədirlər: «Əks təqdirdə onların məsələsi bir xeyli çətinə düşə bilər. Deyilənlərə görə, Səhiyyə Nazirliyində güclü himayədarı olan Əlikram Məmmədov Gəncə Şəhər Səhiyyə İdarəsinin fəaliyyətindən narazı olan vətəndaşların şikayətlərinə əhəmiyyət vermir, özünü külli ixtiyar sahibi kimi aparır». Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

dia.az

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın