Cümə , Oktyabr 23 2020
Ana səhifə / Gündəm / “Ölülərin həyati vacib orqanlarını ölümlə əlləşən vətəndaşlarımıza qıymırıq” – VİDEO

“Ölülərin həyati vacib orqanlarını ölümlə əlləşən vətəndaşlarımıza qıymırıq” – VİDEO

Moderator.az xəbər verir ki, Bakıda iyunun 1-3-də “Hilton” otelində Səhiyyə Nazirliyi ilə razılaşdırılmaqla Türkiyə Orqan Nəqli Dərnəyi (TOND) və Türk Dünyası Transplantasiya Dərnəyinin (TDTD) birgə iştirakı ilə orqan və toxumaların köçürülməsinin aktual problemlərinə həsr olunmuş II Beynəlxalq konqres keçirildi.
Konqresdə ABŞ, İngiltərə, Avstraliya, Kanada, Livan, İordaniya, Misir, İran, Türkiyə və Orta Asiya dövlətlərindən, eləcə də Azərbaycan mütəxəssisləri də daxil olmaqla 500-ə qədər nümayəndə iştirak etdi.
Moderator.az həmin tədbirdə iştirak edən İctimai Nəzarət Koalisiyasının sədri, Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin birinci vitse-prezidenti, 2008-ci ildə Azərbaycanda ilk dəfə qara ciyərində transplantasiya aparılaraq tarixə düşən Rasim Məmmədovun jurnalistlərə açıqlamasında səsləndirdiyi maraqlı təklifin ictimai əhəmiyyətini nəzərə alaraq onu oxuculara təqdim edir
“Bu gün respublikamızda 2318 nəfər dializ xəstəsi var. Onlar uzunmüddətli dializə məhkumdurlar. Dövlət bir ildə hər bir dializ xəstəsi üçün 18 – 19 min manat xərcləyir. Bu 5 il ərzində bir xəstə üçün 90 min manatdan artıq vəsait deməkdir. Bu məbləği 2318 nəfərin hər birinə çəkilən xərcə vursaq, dəhşət doğuran rəqəm edir. Hansı ki, bu gün 25 min manata böyrək transplantasiyası etmək mümkündür. Əgər dövlət böyrək köçürməsi məsələsindəki problemləri həll etsə il ərzində külli miqdarda vəsait büdcədə qalar. Üstəlik, həmin 2318 nəfərin yenidən uzunmüddətli yaşaması üçün çox böyük iş görülmüş olar. Yəni 5 ildən sonra indiki kimi dializ xəstələrinin tələf olması əvəzinə onlara ən azı 10-15 il həyat verilmiş olar. Nəticədə minlərlə ailə bu bəladan qurtular və ölkə prezidentinə onlara bəxş edilmiş ikinci həyata görə ömür boyu minnətdar olarlar.
2008-ci ilin dekabrından bu günə kimi orqan transplantasiyası sahəsində qanunvercilik məsələsi həllini taparaq real nəticələr əldə edilib. 1999-cu ildəki ulu öndərin qərarı 2008-ci ildə cənab prezident İlham Əliyev tərəfindən həyata keçirilib. Amma təsəvvür edin ki, 2008-ci ildən bu günə kimi Azərbaycanda minlərlə insan bu və ya digər səbəbdən həyatını dəyişib, biz canlı insanların orqanlarını kəsib digər insana nəql etməklə ona ikinci həyat veririk, amma torpağın altında yatanların həyati vacib orqanlarını ölümlə əlləşən vətəndaşlarımıza qıymırıq, yaxud cəmiyyət olaraq bu sindromdan yaxa qurtara bilmirik”.

Həmçinin oxuyun

Prezident bu ərazilərimizin işğaldan azad edildiyini açıqladı – SİYAHI

Prezident İlham Əliyev Ordumuzun işğaldan azad etdiyi növbəti ərazilərimizi açıqlayıb. Prezident “Tvitter”də paylaşım edib: “Müzəffər …

Bir cavab yazın