Bazar ertəsi , May 27 2019
Ana səhifə / Gündəm / Öldürülən Həsənovun deputata məktubu üzə çıxdı – Foto

Öldürülən Həsənovun deputata məktubu üzə çıxdı – Foto

Ötən il işğal edilmiş Azərbaycan ərazisində, Kəlbəcərdə ermənilər tərəfindən öldürülən, Azərbaycan vətəndaşı, əslən cəbrayıllı Həsən Həsənovun deputata ünvanlanmış məktubu üzə çıxıb.

“ Azinforum.az ” xəbər verir ki, bu barədə modern.az saytına mərhumun qardaşı Nail Həsənov məlumat verib.

Nail Həsənov həmin məktubu Həsənin avtomobilini təmizləyərkən tapdığını deyib:

“Bu yaxınlarda rəhmətlik qardaşımın şəxsi avtomobilini təmizləyərkən onun deputat Qənirə Paşayevaya ünvanladığı qaralama məktubunu tapmışam. Həsən həmin məktubda torpaqlarımızın işğalına, neçə-neçə girov və əsirlərimizin erməni əsarətində qalmağına, dədə-baba qəbirlərinin dağıdılmasına dözə bilmədiyini və Qarabağa gedəcəyini yazıb.Məktubu yazmaqla deputatdan ona ən azından mənəvi dayaq durmasını istəyib”.

Dilqəm Əsgərov və Şahbaz Quliyev 2014-cü il iyunun 29-da yaxınlarının qəbirlərini ziyarət etmək üçün doğma yurdlarına – Kəlbəcərin Şaplar kəndinə gedərkən işğalçı Ermənistan ordusu tərəfindən girov götürülüblər. Girov götürülərkən onlarla getmiş mülki azərbaycanlı Həsən Həsənov öldürülüb, onun meyiti danışıqlardan sonra Azərbaycana qaytarılıb və dəfn olunub.

Şahbaz Quliyev və Dilqəm Əsgərov bir neçə maddə ilə ittiham olunub. Ermənilərin qurduğu “məhkmə qərarı” ilə D. Əsgərov ömürlük həbs, Ş. Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub.

Həmçinin oxuyun

“Prostoy vətəndaş” Orduxana bu dəfəki sərt cavabı Şəhidlər Xiyabanından verdi-VİDEO

“Prostoy vətəndaş” ləqəbi ilə tanınan ictimai fəal, diaspor nümayəndəsi, xeyriyyəçi Akif Məmmədov öz “Feysbuk” səhifəsində …

Bir cavab yazın