Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Oğurlanan seyf deputatın yox, nazirliyin şöbə müdirinin imiş

Oğurlanan seyf deputatın yox, nazirliyin şöbə müdirinin imiş

Ötən gecə Nərimanov rayonu ərazisində içində 120 min dollar olan seyfin oğurlanması barəfə məlumat yayılmışdı.

“Qafqazinfo”xəbər verir ki, virtualaz.org saytının yaydığı məlumatda qeyd olunurdu ki, oğurlanan pullar millət vəkillərindən birinə məxsusdur.

Hadisə ilə bağlı “Qafqazinfo”ya maraqlı məlumat daxil olub. Belə ki, qeyd olunan oğurluq hadisəsi həqiqətən baş verib. Lakin oğurluq baş verən mənzil Milli Məclis deputatına deyil, nazirliklərdən birinin şöbə müdirinə məxsus olub.

Oğurluq zamanı içində 120 min dollar saxlanılan seyfin açarı da onun üstündə olub. Pulun ailəyə yaxın olan şəxslərdən və ya xidmətçilərdən biri tərəfindən oğurlandığı ehtimal edilir.

Oğurluqla bağlı hüquq-mühafizə orqanlarına şöbə müdiirnin oğlunun adından ərizə daxil olub. Hazırda faktla bağlı Nərimanov Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır. Oğurluq baş verən evə baxış keçirilib.

Onu da bildirək ki, şöbə müdirinin kimliyi ilə bağlı “Qafqazinfo”da müəyyən məlumatlar var, dəqiqləşdirməyə çalışırıq.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın