Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Gündəm / “Nutella”nı Ermənistandan gətirən Çaçiaşvili kimdir? – Şok iddialar

“Nutella”nı Ermənistandan gətirən Çaçiaşvili kimdir? – Şok iddialar

Azərbaycana “Nutella” şokoladlarının Ermənistandan idxal olunması haqda xəbərlər yayılıb

Politika.Az bu iddiaların izinə düşərək araşdırma aparıb və sensasion məqamlar üzə çıxıb.

Əməkdaşımızın əldə etdiyi bilgilərə görə, şokoladları ölkəmizə gətirən şirkətin rəhbəri gürcüdür. 2000-ci ildə Gürcüstan vətəndaşı Georgi Çaçiaşvilinin təsis etdiyi “Engin Ltd” MMC müxtəlif neqativ hallarla gündəmə gəlib.

Araşdırmalar zamanı aydın olub ki, Çaçiaşvilinin Ermənistanla olan əlaqələri əməkdaşlığa imkan yaradıb. İddia olunur ki, gürcü iş adamı Ermənistanda Gürcüstana, oradan isə ölkəmizə yeyinti məhsullarının idxalın nail olur.

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən bir neçə dəfə milyonlarla cərimələnən “Engin Ltd” MMC-nin fəaliyyəti şübhəlidir.

Doğrudur, şirkət rəsmisi “Nutella” şokoladlarının Ermənistandan gətirilməsini təkzib edib və markanın üzərinə düşmən ölkənin adının yazılmasını texniki səhv adlandırıb. Lakin Çaçiaşvilinin Ermənistanla əlaqələrinin olduğu iddia edilir.

“Engin Ltd” MMC-nin istehsal etdiyi müxtəlif pamperslər, şampunlar, çipsi və qadın bezlərinin insan orqanizmi üçün daha çox təhlükəli olduğu bildirilir.

“Engin Ltd” MMC-nin istehsal etdiyi məhsulların bir qismi Sumqayıtın Neft-Kimya sənayesi olan müəsissələrin birində hazırlanır. Bunu isə sözügedən şirkət ciddi-cəhdlə gizli saxlayır.

Media üzərindən yayılan məlumatlarda bildirilir ki, şirkətin kimyəvi maddələrdən, (toluene), ksilol, etilobenzol (ethylbenzen), stirol (styrene) və isopropilbenzol (isopropylbenzen) istehsal etdiyi pampersləri uşaqlarda hətta astma xəstəliklərinə də yol aça bilir.

Politika.Az xəbər verir ki, “Engin Ltd” MMC-nin bir sıra istehsal etdiyi qadın bezləri qadınları sonsuzluğa aparır. Belə bezlərdən biri də “Engin Ltd” MMC-nin istehsal etdiyi “Always-Ultra”dır.

Eyni ilə pampers kimi kimyəvi maddələrdən istehsal edilən qadın bezləri qadınlarda ümumi və ginekoloji xəstəliklər yaradır. Xüsusilə də vaginal qaşınma qadınlarda infeksiyanın yaranmasına səbəb olur. Bundan sonra baş qaldıran infeksion xəstəliklər qadınlarda sonsuzluğa gətirib çıxarır.

Xatırladaq ki, sosial şəbəkələrdə “Nutella” şokoladları ilə bağlı videogörüntü yayılıb. Videoda şokoladın qabının üzərində Ermənistanda istehsal olunması ilə bağlı məlumatlar yer alıb. Xanım istehlakçı bu şokoladı mağazaların birindən aldığını və mövcud vəziyyətlə üzləşdiyini deyib.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib ki, rəhbərlik etdiyi təşkilat bu məsələni araşdırıb. Məlum olub ki, “Nutella” şokoladlarını istehsal edən şirkət markalanma zamanı yanlışlığa yol verib.

Həmçinin oxuyun

Siyavuş Novruzov Əli Həsənovu “beşinci kolon”un üzvü adlandırdı

Milli Məclisin deputatı Siyavuş Novruzov Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sabiq sədri …

Bir cavab yazın