Cümə , Aprel 19 2024
Ana səhifə / Gündəm / Növbəti protokol müəması: şəkildə “Mercedes”, cərimə olunan “OPEL”– FOTO

Növbəti protokol müəması: şəkildə “Mercedes”, cərimə olunan “OPEL”– FOTO

Bakı şəhər sakini İsgəndər Göyüşov yol polisindən şikayətçidir. Sürücünün sözlərinə görə dünən (30 iyul), saat 19:00 radələrində onun idarə etdiyi 90 EV 560 dövlət nömrə nişanlı, “Opel” markalı avtomobilini Dövlət Bayraq Meydanı yaxınlığında YPX əməkdaşları saxlayıb. Sürücüyə cəriməsi olduğu və vaxtın ötürüldüyü deyilərək avtomobili cərimə meydançasına aparılıb.
Lakin maraqlı məqam odur ki, sürücüyə təqdim olunan protokolda əks olunmuş avtomobilin markası və nömrəsi fərqlidir. Belə ki, mart ayının 18-də Bakı-Ələt-Qazax-Gürcüstan yolunda MMX-ya düşmüş avtomobil 90-EM-560 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobil olsa da cərimə 90-EV-560 dövlət nömrə nişanlı “OPEL ASTRA” markalı avtomobilə yazılıb. Təqdim olunmuş protokolda da fotoda “Mercedes”, yazıda isə “OPEL” əks olunub.
Sürücü yol polisinə bunu izah etməyə çalışsa da, “gedin idarədə aydılaşdırın” deyilərək avtomobil cərimə meydançasına salınıb.
Avtosfer.az sözügedən protokolun fotolarını təqdim edir:

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın