Çərşənbə , Oktyabr 16 2019
Ana səhifə / Gündəm / “NORTH WEST” şirkəti vergi maxinasiyası edir? – ŞİKAYƏT

“NORTH WEST” şirkəti vergi maxinasiyası edir? – ŞİKAYƏT

Vətəndaş Hacıyev Elşad Eldar oğlu XeberBiz.az –a müraciət edərək 30.03.2017 –ci il tarixdə 15:30 radələrində Gəncə şəhəri İcra hakimiyyəti ilə üz-bəüz mərkəzi küçədə yerləşən işlədiyi “NORTH WEST” şirkətinin “GANJA SHOPPİNG CENTER PROJEKT”-də iş zamanı aldığı xəsarətə görə ona ilkin təcili tibbi yardım göstərilməsinə baxmayaraq işəgötürən şirkət onu müalicə etdirməkdən imtina etmişdir.

Şikayətçi bildirir ki, şirkət rəhbərliyinə dəfələrlə müraciət etməsinə baxmayaraq günlərlə aldadılaraq vətəndaş süründürməçiliyə salınmış və bu günə qədər mealicəsi üçün heç bir kömək olunmamışdır. Vətəndaş bildirir ki, sağlamlığını bərpa etdirmək üçün öz hesabına bütün müalicə xərclərini həyata keçirmiş, hal hazırda isə ikinci müalicə etdirməyə maddi imkanı yoxdur. Aldığı xəsarətə görə şirkət tərəfindən ona heç bir kompensasiya ödənilməmişdir.

Vətəndaşın şikayətini araşdırdıq və məlum oldu ki, vətəndaş Hacıyev Elşad Eldar oğlu ilə 21 iyun 2016 – cı il tarixdə əmək müqaviləsi bağlanmış 19 iyul 2016-cı il tarixdə isə şirkət birtərəfli qaydada vətəndaşı xəbərdar etmədən əmək müqaviləsinə xitam vermişdir. Bir ilə yaxındır ki, vətəndaş qanunsuz olaraq həmin şirkətdə müqaviləsiz işlədilir və hal hazırda da həmin şirkətdə işlədilir. İşəgötürən tərəf Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərini pozaraq həm işçinin xəbəri olmadan əmək müqaviləsinə xitam vermiş, həm də işçinin əmək müqaviləsi olmadan onu bir ilə yaxın müddətdə işlətmişdir. Buradan aydın olur ki, “NORTH WEST” şirkəti həm bu yolla dövlət büdcəsinə vergi ödəməkdən, həm də ki, işçilərə görə sosial sığorta ödənişi etməkdən yayınır. Belə ki, işçilərin əmək müqaviləsi olduğu halda hər bir işçinin məvacibinin 14 faizi gəlir vergisi olaraq dövlət büdcəsinə, həm də ki, işçinin maaşının təxminən 20-25 faizə qədəri həmin işçinin sosial sığorta hesabına yönləndirilir ki, bu da vətəndaşların pensiya təminatı deməkdir.

Onu da qeyd edək ki, məsələ ilə əlaqədar (050) 291-81-22 telefon nömrəsi vasitəsi ilə Gülyar adlı məsul şəxslə əlaqə saxlasaq da həmin şəxs “NORTH WEST” şirkətində baş vermiş hadisə ilə və qanuna zidd hallarla bağlı açıqlama verməkdən imtina etdi.

“NORTH WEST” şirkəti vergi maxinasiyası edir?
“NORTH WEST” şirkəti vergi maxinasiyası edir?
“NORTH WEST” şirkəti vergi maxinasiyası edir?
“NORTH WEST” şirkəti vergi maxinasiyası edir?
“NORTH WEST” şirkəti vergi maxinasiyası edir?

Həmçinin oxuyun

Əli Əsədov Baş Nazir oldu – Yenilənib

Milli Məclisin növbəti plenar iclası başlayıb. “Qafqazinfo” xəbər verir ki, iclasda Azərbaycan Prezidentinin təqdimatına əsasən …

Bir cavab yazın