Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Nazirlik məlumat yaydı: virus təhlükəsi var

Nazirlik məlumat yaydı: virus təhlükəsi var

Bir necə gündür ki, bütün dünyada kompüterlərin bəlasına çevrilən yeni dəhşətli virus peyda olub. Bu virus artıq 99 ölkədə yayılıb və kompüterlərin məhvinə səbəb olub. Bu virus hətta oğurlanan faylların əvəzində istifadəçidən pul da tələb edir.

“VannaCry” adlandırılan bu virusun əsasən “Vindows” əməliyyat sistemlərindəki şəbəkədə faylların paylanması protokolunda mövcud olan boşluqdan istifadə etməsi ilə yayıldığı aşkarlanıb.

Bununla bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi xəbərdarlıq da edib. Bəs bu virusdan necə qorunmaq olar?

Mütəxəsiislərin sözlərinə görə, virusun təhlükəsi var və bundan qorunmaq üçün sadəcə bir necə nüansa fikir vermək laızmdır.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiylar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi isə yerli istifadəçilərə baş vermiş yoluxmalar barədə və ya əməli yardıma ehtiyac olduqda Elektron Təhlükəsizlik Mərkəzinin “1654” nömrəli “Qaynar xətt”inə, yaxud [email protected] elektron ünvanına müraciət etməyi tövsiyə edir.(xezerxeber.az)

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın