Çərşənbə , Oktyabr 28 2020
Ana səhifə / Gündəm / Nazirlik gədəbəyli sahibkarların şikayətini araşdıracaq

Nazirlik gədəbəyli sahibkarların şikayətini araşdıracaq

İqtisadiyyat və Sənaye Nazirliyinin rəsmisi: “Biz bu məsələni araşdırmağa hazırıq”

Bu gün bir qrup Gədəbəyli sahibkar İqtisadiyyat və Sənaye Nazirliyində olub. Sahibkarlar Rayon İcra Hakimiyyəti tərəfindən onlara yaradılan problemlərin aradan qaldırlmasında nazirlik rəsmilərinin yardımçı olmalarını xahiş ediblər. 
Nazirlik rəsmilərinin diqqətinə çatdırıblar ki, ölkə rəhbərliyi sahibkarların fəaliyyətinə olan bürokratik əngəllərin aradan qaldırlmasına çalışdığı bir vaxtda Gədəbəydə 44 sahibkarın fəaliyyəti yerli məmurların şəxsi təşəbbüsü ilə dayandırılıb. Yada salaq ki, ötən həftənin əvvəlində Gədəbəydən bir qrup sahibkar Prezident Adminstarsiyasının önünə gələrək icra başçısının əməlindən şikayətlərini çatdırıblar.
Məlum olub ki, Ramiz Yediyarov icra başçısı təyin olunandan sonra rayonda sahibkarların obyektləri sənədsiz, məhkəmə qərarı olmadan dağıdılıb. Başçının dağıtmadığı bircə obyekt isə Heydər Əliyev prospektində yerləşən və sahibkar Fəxrəddin Bağırova məxsus olub. Həmin obyektin qapısına R.Yediyarovun göstərişi ilə üzərinə  prezidentin sözləri yazılmış plakat vurulub. Sonradan plakat icra başçısının göstərişi ilə sökülüb, qapının ağazına ağac əkilib. Odur ki, sahibkarın obyektində iş dayanıb.
Ölkədə sahibkarları belə hallardan qorumalı olan qurum İqtisadiyyat və Sənaye Nazirliyidir. Nazirlik belə hallarla maraqlanırmı? Sahibkarlara yaradılan süni əngəllərin aradan qaldırılması üçün addımlar atılırmı? Belə halların qarşısını almaq üçün hansı addımlar atılmalıdır? Sahibkarlara qan udduran icra başçılarını durdurmağın yolları varmı?
Bu və digər suallarla İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətinə müraciət etdik. Xidmət rəhbəri Abbas Əliyev bildirdi ki, sahibkarların müraciətləri daxil olduqca araşdırlır və müvafiq tədbirlər görülür:“Sahibkarın hüququ pozulursa, onun qurub-yaratdığı iş yeri ilə bağlı problem yaranırsa, sahibkara qarşı hər hansı bir müdaxilə varsa İqtisadiyyat və Sənaye Nazirliyi olaraq məsələni araşdırmağa hazırıq. Sahibkarlara lazımi dəstək verməyə, problemin aradan qaldırılmasına kömək etməyə hazırıq”.
Xidmət rəhbəri icra başçısının plakatı sahibkarın qapısına vurulması, sonradan isə ağac əkdirməsi ilə bağlı suala belə cavab verib: “Cənab prezident daim sahibkarlığa dəstək verir, qayğı göstərir. İlham Əliyevin təşəbbüsü ilə yoxlamaların dayandırılması, cənab prezidentin qərarı ilə lisenziyalaşdırma sisteminin sadələşdirilməsi və bu istiqamətdə atılan digər addımlar sırf sahibkarlığın inkişafına xidmət edir. İlham Əliyevin sahibkarlarla bağlı çıxışları da həmişə onun sahibkarların yanında olduğunu göstərir. Əgər belə bir məsələ varsa, sahibkar İqtisadiyyat və Sənaye Nazirliyinə müraciət etməli və məsələ araşdırlmalıdır. Biz bu məsləni araşdırmağa hazırıq”.
A.Əliyev bildirdi ki, sahibkarların fəaliyyətinin daha səmərəli olması üçün bu sahəyə ölkə rəhbərliyinin tapşırığı ilə xüsusi diqqət ayrılır: “Əgər sahibkarlar hər hansı bir qanunsuzluqla üzləşiblərsə, nazirliyin “195-2” qaynar xəttinə, nazirlik yanında yaradılan Apellyasiya Şurasına da müraciət edə bilər. Sahibkar problemlə qarşılaşıbsa, İqtisadiyyat və Sənaye Nazirliyinə üz tuta bilər”.

Həmçinin oxuyun

Bərdəyə kasetli raketlər atılıb, yaralıların sayı 13-ə çatdı – Fotolar

“ANAMA-nın verdiyi məlumata görə, Ermənistan ordusu tərəfindən Bərdəyə “Smerç” qurğusundan kasetli raketlər atılıb”. ” Azinforum.az …

Bir cavab yazın