Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Nazirlə deputatın layihəsi yarımçıq qalıb: 2.5 milyonluq tikinti və ac-susuz işlədilən fəhlələr… – Reportaj + FOTOLAR

Nazirlə deputatın layihəsi yarımçıq qalıb: 2.5 milyonluq tikinti və ac-susuz işlədilən fəhlələr… – Reportaj + FOTOLAR

Ölkədə pambıq yığımına diqqətin artdığı bir dönəmdə, daha dəqiqi, oktyabrın 25-dən 29-dək Hollandiyada səfərdə olan kənd təsərrüaftı naziri Heydər Əsədovla deputat Ağalar Vəliyevin növbəti maliyyə əməliyyatları haqda Mia.az-a yeni məlumatlar daxil olub.
Xatırladaq ki, bundan əvvəl də Mia.az-da qeyd etmişdik ki, nazir Heydər Əsədovun hazırda əsas diqqəti taxıl və ya pambıqçılığa deyil, 45 rayonun hər birində dəyəri 1-3 milyon manat arasında olan Kənd Təsərrüfatı İdarələri üçün yeni inzibati binaların tikintisinə yönəlib.
Həmin yazıda ayrılan vıəsaitlərin tikintinin smeta dəyərindən daha çox olduğuna dair şübhələrə və hesablamalara da yer verilərək, bu prosesdə nazirin deputat Ağalar Vəliyevin rəhbərlik etdiyi “Azəraqrartikinti” ASC ilə şübhəli işbirliyində olduğuna da diqqət çəkilmişdi. Vurğulanmışdır ki, bu qədər vəsaitin ayrılmasına baxmayaraq, faktiki dəyəri 250-300 min olan  1-3 mərtəbəli binalarıın layihə dəyəri elə çərtəbələrin sayına uyğun 1-3 milyon manat arasında sənədləşdirilib.
Məsələ budur ki, bu qədər pul ayrılmasına və silinməsinə baxmayaraq, nə tikintilər vaxtında başa çatdırılıb, nə də tikinti də işləyən fəhlələr vaxtında pullarını ala biliblər.
Digər nüanslardan biri də odur ki, tikinti də çalışan fəhlələlərə günlük nəzərdə tutulan maksimum 10 manat pul da çox vaxt verilməyib.
Mia.az-ın əməkdaşı belə iddiaları yerində araşdırmaq üçün Xırdalanda Abşeron Kənd Təsərrüaftı İdarəsinin (Abşeron KTN) tikintisinin getdiyi ərazidə olub.
Tikintiyə məsul şəxs tapa bilmədiyimzdən fəhlələrin biriylə söhbət elədik.
Aydın oldu ki, əsas binanın ətrafında olna yardımçı binaların söküntüsü ilə məşğul olan fəhlələrə aylıq 250-300 manat maaş vədi verilsə də, iki aya yaxındır maaş ala bilmirlər. Üstəlik, səhərdən axşama qədər işləyən fəhlələrə yemək və ya yemək xərci də verilmir.
Abşeron KTN-nin yeni inzibatı binasının tikintisi isə həqiqətən də digər rayonlarda olduğu kimi, nəzərdə tutulduğu vaxtda başa çatırılmayıb.
Bu idarənin binasının qarşısnda vurulan lövhədəki qeydlərdən dəqiq təsvir olunub.
Belə ki, Abşeron KTN-nin binasının tikintisinə 2 fevral 2015-ci ilin ında başlanıb. 30 avqust 2016-cı ildə isə bina tam təhvil verilməli idi. Lakin tikintisinə 2.5 milyon vəsait ayrılmış tikinti yarımçıq qalmaqla yanaşı, fəhlələrə də əmək haqqı ödənilmir.
Üstəlik, fəhlələrə köməkçi binaları da sökdürüb, onun materiallarından istifadə edilsə də, buna görə əliqabarlı insanların əziyyətinin haqqı da verilməyib. Hər halda ərazidə işləyən fəhlələr belə deyirlər.
Böyük ehtimalla tikintinin sənədləri qaldırılarsa, tamam fərqli mənzərə ortaya çıxacaq. Yəni Heydər Əsədovla Ağalar Vəliyev nə sökülən binalardan götürülən materiallardan istifadəni sənədləşdiriblər, nə də fəhlələrin pullarını vermədiklərini qeyd ediblər.
Biz isə verilən əlavə fakt və iddiaları şərh etmədən Abşeron KTN-nin yeni inzibatı binasının ərazisində çəkilən şəkilləri fakt olaraq təqdim edirik:

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın