Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Nazirin işdən çıxardığı rəis kimin oğludur? – Foto

Nazirin işdən çıxardığı rəis kimin oğludur? – Foto

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə vəzifəsindən azad edilən və sərəncama götürülən 12-ci polis bölməsinin rəisi, polis polkovnik-leytenantı Ülvi Məmmədov Ərazilərin Bərpası və Yenidən Qurulması üzrə Agentliyin direktoru Hacı Əli Məmmədovun oğludur.

 

Axar.az-ın xəbərinə görə, sabiq rəisin atası SSRİ Energetika Nazirliyinin “Azərenerjitikinti” Tresti Sərsəng TQİ-də mühəndis, böyük mühəndis, sahə rəisi və istehsal-texniki şöbənin rəisi vəzifələrində işləyib.

 

SSRİİranın  müştərək tikdiyi Xudafərin və Qız qalası hidrokompleksi layihəsinin SSRİ tərəfindən direktoru olub. 1997-ci ilə kimi “Azərenerjitikintiquraşdırma” Şirkətində vitse-prezident vəzifəsində çalışıb. Respublikanın əməkdar mühəndisidir.

 

Ə.Məmmədоv 1947-ci il, iyulun 8-də Göyçə mahalının Basarkeçər rayonu, Daşkənd kəndində аnаdаn оlub. 2009-cu ildə Həcc ziyаrətinə gedib.

 

Ü.Məmmədov həmçinin, İqtisadiyyat və Sənaye nazirinin müavini Sahib Məmmədovun qardaşıdır.

 

Xatırladaq ki, Ü.Məmmədovun yerinə hələlik təyinat yoxdur.

 

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın