Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Gündəm / Nazir: Son illər ölkəyə gələn turist sayı 2 milyona çatıb – VİDEO

Nazir: Son illər ölkəyə gələn turist sayı 2 milyona çatıb – VİDEO

Bu ilin aprel-may aylarına Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) Azərbaycana gələn qonaqların sayı ötən iki ilin birgə göstəricisinə bərabərdir.
Moderator.az-ın məlumatına görə, bu sözləri Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev ANS TV-nin “Hesabat” verilişində Mir Şahinin suallarını cavablandıran zaman bildirib.
Nazir bu məsələdə əsas rolun Azərbaycan üçün ənənəvi turizm mənbəyi olmayan ölkələrdə təqdim edilən reklamlara məxsus olduğunu bildirib.
Onun sözlərinə görə, son illər görülən işlər nəticəsində Azərbaycana gələn turist sayı bir neçə dəfə artaraq 2 milyon olub.
Həmçinin ölkədə turistləri qəbul etmək üçün mehmanxanalarda yer sayı 11 mindən 38 minə çatıb. Bunun 17 mini Bakının, qalanları isə regionların payına düşür.
“Statistikaya görə, Azərbaycanda turizm sektoru ümumi daxili məhsulun (ÜDM) 4,1%-ni təşkil edir. Neft ölkəsi üçün bu, yetərincə yüksək göstəricidir”, – deyə Əbülfəs Qarayev vurğulayıb.

Həmçinin oxuyun

Rəis 6 saylı məntəqə tipli cəzaçəkmə müəsissəsini bazara çevirib

Son illər Penitensiar Xidmət sahəsində bəlli dəyişikliklərin şahidi olmaqdayıq. Müasir cəzaçəkmə müəssisələrinin tikiilərək istifadəyə verilməsi, …

Bir cavab yazın