Bazar , Noyabr 17 2019
Ana səhifə / Gündəm / NAZİR OĞLUNUN KFC – SİNDƏ ZƏHƏRLƏNƏN UŞAQLAR REANİMASİYADADIR – FOTOLAR

NAZİR OĞLUNUN KFC – SİNDƏ ZƏHƏRLƏNƏN UŞAQLAR REANİMASİYADADIR – FOTOLAR

KFC restoranında niyə azyaşlı uşaqlar zəhərlənir? Xəbər verdiyimiz kimi, Bakıda “KFC” restoranlar şəbəkəsinə məxsus kafedə 3 azyaşlı uşaq zəhərlənib. Bu barədə mediaya uşaqların valideynləri məlumat veriblər. Onlar bildirirlər ki, sentyabrın 14-də günorta saatlarında uşaqları “28 May” metrosu yaxınlığında yerləşən “KFC”-də yemək yeyiblər. Axşam hər 3 uşağın vəziyyəti pisləşib. Sentyabrın 15-də səhər saatlarında uşaqlar təcili tibbi yardımla xəstəxanaya aparılıblar. Onların vəziyyəti ağırdır. 14408865_847700755364810_1352906407_nQeyd edək ki, teleqraf.com saytı KFC restoranlar şəbəkəsinin baş ofisi ilə əlaqə saxlayıb.  Şirkətdən bildirilib ki, uşaqların KFC-dəki qidadan zəhərlənmələri ilə bağlı məlumatlıdırlar: “Zəhərlənmə xəbəri düzdür, amma bu barədə əlavə məlumat verə bilmərik. Yaxın vaxtda açıqlama yayacağıq”. AFN.az olaraq KFC-dəki olayı araşdırarkən maraqlı faktların şahidi olduq. Məlum oldu ki, dünyada tanınan bu şəbəkəni Azərbaycana Ziya Məmmədovun oğlu Anar Məmmədovun “Qarant Holdinq”inə məxsus olan AFK şirkəti gətirib. 14407768_847700862031466_926190703_nŞirkətin saytında bildirilir: “AFK şirkəti may ayının 18-i 2010-cu il tarixində Azərbaycanda biznesin inkişafı və dəstəyi məqsədi ilə ictimai qida sahəsində müxtəlif layihələrin həyata keçirilməsi üçün yaradılmışdır. Bizim ilk və böyük layihəmiz KFC restoran şəbəkəsidir.” Araşdırmalarımız zamanı onu da öyrənə bildik ki, KFC-ni quş əti ilə “Qarant Holdinq”in tərkibində olan “Ucar aqro” MMC-nin tərkibində yaradılmış “Quş əti və emalı müəssisəsi” təmin edir. Saytında göstərilən məlumata görə, hazırda KFC-nin Bakıda 7 kafesi fəaliyyət göstərir. 14397247_847783525356533_1578879197_nMenyüsü müxtəlifdir. Əsas menyünü toyuq əti təşkil edir. AFN.AZ olaraq KFC-nin rəhbərliyində təmsil olunan Əli adlı şəxslə əlaqə saxlayıb zəhərlənmə məsələsinə aydınlıq gətirməyə çalışdıq. Restoran direktoru sualımızı sualla qarşıladı:

–  “Siz heç maraqlanmısız ki, uşaqlar harada zəhərlənib, hansı xəstəxanada müalicə alıblar?” Xəbəri yalanlamağa çalışan Əli bəy təəssüf ki, suallarımızı sonacan dinləmədi.

Uşaqların valideynləri isə bizimlə söhbətdə bildirdilər ki,

– KFC-də zəhərlənən uşaqlar hal-hazırda 1 saylı şəhər uşaq xəstəxananın   reanimasiya şöbəsində  müalicə olunurlar. KFC-də zəhərlənən uşaqlar ciddi həkim nəzarətində saxlanılırlar. Həkimlərin səyi nəticəsində uşaqlar bu gün həyatdadırlar.   Xəstəxanadan uşaqların müalicəsi ilə bağlı Rəna xanım  bildirdi ki, uşaqlara lazımi tibbi yardım göstərilir və müalicə olunurlar.   Bütün bunlardan da göründüyü kimi, dünya brendi olan KFC Azərbaycanda iş prinsipi ancaq pul qazanmaqdır. KFC-də keyfiyyətsiz qida, müştəri məmnuniyyətinə etinasızlıq və məsuliyyətsizlik adi hala çevrilib. 14407772_847704232031129_1542635363_n14398120_847704588697760_847151828_nTəqdim etdiyimiz 1-ci və 2-ci foto KFC-nin “ParkBulvar”dakı kafesinin açılışı mərasimində çəkilib. Göründüyü kimi, mərasim kifayət qədər təmtəraqla həyata keçirilib, cəlbedicilik üçün nə lazımsa edilib. 14371969_847724342029118_2041823300_n

3-cü foto KFC-nin “28 May”dakı kafesinin açılışındandır. Hansı ki, yuxarıda qeyd edilən azyaşlılar həmin kafedə qidalanmadan zəhərləniblər. Açılış mərasimində KFC-nin layihə direktoru Zaur Məmmədov, AFK MMC-nin baş direktoru Yalçın Namazov iştirak edib. Bu mərasimdə də səs-küylü təqdimat olub, müştərilər üçün şirin vədlər verilib. 14371963_847818388686380_45216746_nP.S. Yazı dərc olunmazdan əvvəl redaksiyamıza KFC-nin nazir oğlu Anar Məmmədovdan  alınması ilə bağlı məlumat daxil oldu. Hazırda xəbərin dəqiqləşdirilməsinə çalışırıq. Lakin fakt odur ki, KFC-ni Azərbaycana gətirən AFK nazir oğlu Anar Məmmədovun “Qarant Holdinq”inin saytında holdinqə daxil olan şirkət kimi göstərilir. P.P.S. Mövzu ilə bağlı araşdırmalarımız davam edir.

 

Həmçinin oxuyun

“Yeni Yasamal” MTK rəhbərinin daha bir qurbanı üzə çıxdı – GİLEY

Adı Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan cinayət işlərində hallanan “Yeni Yasamal” MTK-nın sədri Cahangir Alışovun …

Bir cavab yazın