Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Nazir müavininin qardaşı iş adamını təhdid edir – ŞİKAYƏT

Nazir müavininin qardaşı iş adamını təhdid edir – ŞİKAYƏT

Əli Əsgərov aldığı mişar daşına görə, 10 min manat borcunu verməmək üçün qardaşlarının adından istifadə edir

Nəqliyyat nazirinin müavini Arif Əsgərovun qardaşı Əli Əsgərov Qovlar Dəmir Yolu Stansiyasının rəisi işləyən zaman aldığı malın pulunu verməkdən imtina edir. Bu barədə JAM.AZ-a məlumat verə niş adamı Mricəfər Əsgərov bildirib ki, stansiya rəisi ilə əlaqələri mişar daşlarının alınıb, satılması üzərində qurulub.

O qeyd edib ki, o zaman Qovlar qəsəbəsi Dəmir Yolu Stansiyasının rəisi, hazırda isə Şəmkirin Dəllər stansiyasının rəisi işləyən Əli Əsgərova mişar daşları satıb. Həmin daşlar əsasən Qovlar və Buta stansiyalarına daşınıb. Ümumi sayı 50 min ədəddən çox olan daşların pulunun bir qismi ödənilsə də, yerdə qalan qisminin ödənilməsindən imtina edilib.

Mircəfər Əsgərov bildirib ki, hazırda Əli Əsgərovun ona 10 min manat borcu var. «Hər dəfə zəng edəndə müxtəlif bəhanələr gətirir. İndi də təhdid edir. Deyir ki, qardaşlarından biri nazir müavini, o biri həbsxana rəisi, biri də icra başçısıdır və başıma oyun açar».

JAM.AZ-a verilən məlumata görə, Əli Əsgərov heç də kasıb biri deyil. Onun yetərli qədər maddi imkanları var. Məsələn, stansiya rəisinin Qovlar qəsəbəsində ümumi dəyəri 5 milyon manata yaxın olan villasının olduğu deyilir. Bundan başqa, yenə həmin qəsəbədə meyvə-tərəvəz saxlanılması üçün iri refrejatorları var ki, həmin işi də qaynının adına keçirib.

Hərçənd stansiya rəisinin də adı bir neçə dəfə qalmaqala qarışıb. Məsələn, 31 iyul 2013-cü il tarixində Qovlar Dəmiryolu Stansiyasının rəisi olan zaman Əli Əsgərov ərazidə sahibsiz itləri güllələmək üçün çağırılan vətəndaşın əlindən tüfəngi alaraq, atəş açıb. Bu zaman güllə küçənin əks tərəfində olan market sahibinin oğluna dəyib və həmin şəxs yaralanıb. Məlumatda qeyd olunur ki, hadisədən sonra təkcə işdən çıxarılmaqla deyil, həm də həbs təhlükəsi ilə üz-üzə qalmış Əsgərovu qardaşlarının yardımı ilə «oyundan» çıxarıblar. Həmçinin ortalıq yatışsın deyə onu Dəllər stansiyasının rəisi təyin etdiriblər.

Bu əsnada, onu da bildirək ki, Əsgərovlar 4 qardaşdırlar və hamısı da vəzifə başındadırlar. Belə ki, Arif Əsgərov hazırda nəqliyyat nazirinin müavinidir. Eyvaz Əsgərov isə 2 saylı İslah-Əmək Kaloniyasının rəisidir. Bir müddət əvvəl onun rəisi olduğu kalonda bir dustaq digərini bizlə vuraraq, öldürmüşdü. Həmin vaxt ciddi problemlə üzləşən Əsgərovu qardaşları vəziyyətdən çıxara bildilər və iş ört-basdır olundu.

Ayaz Əsgərov hazırda Qazax rayonunun icra başçısıdır və fəaliyyətindən əhali xeyli narazılıq edirlər.

Yazıda adları keçən şəxsləri də dinləməyə hazırıq.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın