Cümə axşamı , Aprel 25 2024
Ana səhifə / Gündəm / Nazir arvadlarına verilən milyonlarla dollarlıq hədiyyələr

Nazir arvadlarına verilən milyonlarla dollarlıq hədiyyələr

Ermənistanın Dövlət Nəzarəti Xidmətinin rəhbər şəxsləri və onların arvadları uzun illər ərzində milyonlarla dollar qiyməti olan ianələr alıblar, amma bunların onlara kimlər tərəfindən verildiyini hələ də açıqlamayıblar.

Virtualaz.org saytı xəbər verir ki, bu barədə “Azadlıq” radiosunun erməni xidməti məlumat yayıb.

Xəbərdə deyilir ki, buna baxmayaraq yüksək rütbəli məmurların etik davranışlarına nəzarət komissiyası öz qulluq mövqeyindən sui-istifadə edərək varlanan məmurlardan heç birinin adını açıqlamayıb. Üstəlik heç hüquq-mühafizə orqanları da bu fakt üzrə heç bir araşdırma aparmayıblar.

Ermənistan Prezident Aparatı nəzarət xidmətinin rəhbəri Ovannes Ovsepyanın təqdim etdiyi bəyannamədən bəlli olur ki, o, 2011-2014-cü illərdə naməlum şəxslərdən bəxşiş kimi 2 milyon 750 min dollar pul alıb. Bir dəfə 100 min, bir dəfə 150 min, bir dəfə 250 min, bir dəfə də 1 milyon 600 min dollar.

İanə adı altında bahalı hədiyyələr almaq üzrə ikinci yeri Ermənistan Nəzarət Palatası Şurasının üzvü Qaqik Mkrtumyanın arvadı Karina Mazmanyan tutur. Aylıq maaşı cəmi 180 min dram K.Mazmanyan 2014-cü ildə qəfildən 100 min dollar məbləğində bəxşiş alıb. Özü də dollarla və nağd pul şəklində.

Nəzarət Komitəsinin sədrinin arvadı Qayane Soqomonyan hədiyyə almaq məsələsində bir qədər “təvazökar” davransa da bahalı bəxşişdən imtina etməyib. 2011-ci ildə ona 15 min dollar nağd pul bağışlayıblar.

“Transparency İnternational”ın eksperti Artak Manukyan deyir ki, bütün bunlar aşkar korrupsiya faktlarıdır: “Korrupsiya ilə gerçəkdən mübarizə aparan ölkələrdə hətta yaxın qohumların – atanın, ananın, qardaş-bacının verdiyi bahalı hədiyyələrdən də vergi tutmağa çalışırlar. Baş nazirin Nəzarət Xidməti rəhbərinin arvadının bəyannaməsi isə göstərir ki, onun 2012, 2013 və 2014-cü illərdə heç bir gəliri olmayıb, amma 530 min dollar kredit götürüb. Onun ərinin gəliri isə yalnız maaşından ibarət olub ki, bu da cəmisi 314 min dramdır. Halbuki xidmət rəhbərinin arvadı təkcə 2014-cü ildə ümumi dəyəri 100 min avro təşkil edən rəsm əsərləri alıb.

Ermənistan prezidentinin Nəzarət Xidməti rəhbərinin arvadı da bahalı rəsm əsərləri almaq həvəskarıdır. O, 2013-2014-cü illərdə ümumi dəyəri 100 min dollardan çox olan 5 rəsm əsəri alıb”.

Erməni KİV-lərinin yazdığına görə, ölkənin hüquq-mühafizə orqanları yüksək rütbəli məmurların, nazirlərin və onların arvadlarının bir neçə milyon dollarlıq ianə və bəxşişlər alması faktları ilə bağlı nəinki heç bir araşdırma aparmırlar, hətta bununla əlaqədar onlara ünvanlanan sorğulara da cavab vermirlər.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın