Çərşənbə , Noyabr 25 2020
Ana səhifə / Gündəm / Nazim Bəydəmirlinin qalmaqallı telefonu gəlib çıxdı

Nazim Bəydəmirlinin qalmaqallı telefonu gəlib çıxdı

“Uzun mübahisə və monopoliya ilə çəkişmədən sonra ABŞ-dan aldığım telefon gəldi çıxdı”.

Azinforum.az bildirir ki, bu sözləri sabiq deputat Nazim Bəydəmirli sosial şəbəkədəki səhifəsində yazıb.
Onun sözlərinə görə, problem ondadır ki, gömrük gömrük deyil, sadəcə “monopoliyaya” xidmət üçün çalışır: “Vətəndaşı incitməyin məqsədi o imiş ki, əlavə 40 manat bəyannamə pulu və 20 manat anbar pulu tutulsun. Sualım budur: o zaman bu elektron ticarət nəmənədir?”.
Xatırladaq ki, təxminən 15 gün əvvəl sabiq deputat Amazon.com-dan telefon aldığını, lakin onun ölkəyə gətirlməsində süni problemlə üzləşdiyini belə bəyan etmişdi: “Həmin telefon bağlamasını camex.az daşıma şirkətinin xaricdə (ABŞ-dakı) anbarına göndərmişəm, elektron bəyan edilib və 5.30 dollar gətirilmə xərci ödənilib. Bir həftədir anbarda durur. İndicə ona daşıyıcı şirkətdən zəng ediblər ki, biz sizin bağlamanı gətirə bilmərik. Çünki Gömrük komitəsi icazə vermir. Nə qədər başa salmağa çalışsam da ki, bunu mən bəyannamə verib, pulunu ödədikdən sonra etməyə haqqınız yoxdur. Dedilər yox, geri qaytarmağa 50 dollar verəcəksiz. Ki, satıcıya çatdıraq, ya da 45 gündən sonra bağlamanız məhv ediləcək”.
Sabiq deputat bildirimişdi ki, bütün belə əndrabadi qaydalara görə Gömrük komitəsi ləğv olunmalıdır:  “Hazırda  Gömrük komitəsi ilə daşıyıcı şirkəti məhkəməyə vermək üçün bu sahədə ixtisaslaşmış vəkil axtarıram”.

 

Həmçinin oxuyun

Narazı vətəndaşın ümidi nazirə qalıb… – GİLEY

Dələduzluq yolu ilə aldadılaraq külli miqdarda pulu mənimsənilən Atayeva Vüsalə Arif qızı Rubrika.Az saytına müraciət …