Çərşənbə , Fevral 1 2023
Ana səhifə / Gündəm / Naxçıvanın maliyyə naziri DTX tərəfindən həbs edildi

Naxçıvanın maliyyə naziri DTX tərəfindən həbs edildi

Bakı şəhəri Səbail rayon məhkəməsi Dövlət Təhlükəsizliyi Xidmətində davam edən cinayət işi üzrə Naxçıvan Muxtar Respublikası Maliyyə naziri Əliyev Rafael Rza oğlu barəsində müstəntiqin vəsatətinə baxıb.

“Azinforum.az” xəbər verir ki, hakim Ülviyyə Şükürovanın 26.11.2022-ci il tarixli qərarı ilə Rafael Əliyev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Rafael Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla  “xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

Qeyd edək ki, daha əvvəl yayılmış məlumatlara əsasən Dövlət Təhlükəsizliyi Xidməti Naxçıvan Muxtar Respublikasının Dövlət Gömrük Komitəsində əməliyyat tədbirləri keçirmiş, Komitənin müxtəlif rəhbər vəzifəli şəxsləri məsuliyyətə cəlb edilərək həbs edilib. 

NMR Maliyyə nazirinin həbsinin  təfərrüatları, davam edən cinayət işinin nəticələri diqqətdə saxlanılır.

Həmçinin oxuyun

Daha bir rayonda yoxlamalar başladı – İcra başçısı işə çıxmır

Qaradağ Rayon İcra Hakimiyyətində və onun strukturlarında yoxlamalar aparılır. Qaynarinfo-nun əldə etdiyi məlumata görə, aparılan yoxlamalar …