Bazar ertəsi , Sentyabr 23 2019
Ana səhifə / Gündəm / NAXÇIVANA “BAQAJ” YÜKLƏRİNİN ÇƏKİSİ AZALDILDI

NAXÇIVANA “BAQAJ” YÜKLƏRİNİN ÇƏKİSİ AZALDILDI

AZAL rəhbərliyi bunu “beynəlxalq qaydaların tətbiq olunması” adlandırır

Artıq iki gündür Bakı şəhərindən Naxçıvan MR-ə təyarə ilə uçan sərnişinlərin yük daşınmalarında beynəlxalq qaydaların həyata keçirildiyi bildirilir. Belə ki, hurriyyet.org-a daxil olan məlumata görə, respublikamızın paytaxtından Muxtar Respublikaya gedən sərnişlərin “baqaj” yüklərinin çəkisi 30 kiloqramdan 20 kiloqramadək azaldılıb.
Gün ərzində əməkdaşımız bu barədə əlavə məlumat almaq üçün bir neçə dəfə AZAL-ın müvafiq qurumları və Heydər Əliyev Hava Limanı ilə əlaqə saxlamağa cəhd edib. Həhayət, günün sonuna yaxın bu xəbərin dəqiqləşdirmək mümkün oldu.

Beynəlxalq Hava Limanı əməkdaşının söylədiyinə görə, artıq Bakı şəhərindən Naxçıvana uçan sərnişinlərin “baqaj” yüklərinə beynəlxalq qaydalar tətbiq olunub. Onun sözlərinə görə, bundan sonra hər bir sərnişin Naxçıvana 30 kiloqram yox, 23 kiloqram “baqaj” apara biləcək. Bundan başqa Muxtar Respublika vətəndaşları onlayın vasitəsi ilə 23 kiloqam göndərə və əldə isə 10 kiloqram yük apara biləcəklər.
Qeyd edək ki, “baqaj” yüklərinə yeni qaydaların tətbiq olunması sərnişinlərin haqlı narazılığına səbəb olub.

Xatırladaq ki, hər gün Bakıdan Naxçıvana 4 sərnişin təyyarəsi uçur və geri dönür. Bir sərnişin üçün biletin qiyməti ikitərəfli uçuş üçün 100 AZN-dir.

Həmçinin oxuyun

“Araz” marketlər şəbəkəsində fırıldaq: – Məhsulda bir qiymət, kassada başqa

Böyük marketlərdə vitrinlərdəki qiymətlərlə kassadakı qiymətlərinin üst-üstə düşməməsi ilə bağlı məsələ dəfələrlə gündəmə gəlib.7NEWS.az-ın məlumatına …