Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda irqçilik: Hərbi qulluqçu sarışın olduğu üçün cəzalandırılıb

Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda irqçilik: Hərbi qulluqçu sarışın olduğu üçün cəzalandırılıb

Ovqat.com-a bu barədə cəzalanan şəxsin özü – Ordubad rayonunun Parağakənd sakini Abbasov Emin Qəzənfər oğlu məlumat verib.

Onun sözlərinə görə, 2020-ci ilin iyul ayında N saylı hərbi hissədə 3 aylıq kursu müvəffəqiyyətlə bitirən Emin eyni hərbi hissədə kiçik cavuş rütbəsində işləməyə başlayıb. 2022-ci ilin mart ayının 4-də bölük komandiri baş leytenant Xəlilzadə Elvin onu hərbi hissədə cavabdeh şəxs kimi saxladığı üçün ertəsi gün keçirilən əşyaya baxış tədbirində iştirak edə bilməyib və nəticədə ilk cəzasını alıb. Hərbi hissənin komandiri polkovnik Əmirov Mahmud cəza olaraq onun rütbəsini əlindən alıb və 13-cü əmək haqqısını kəsib.

Amma bu, hələ “toyaaparılası” cəza imiş. Hərbi qulluqçunu 1 ildən sonra 1950-ci illərin ABŞ zəncilərinin belə təsəvvür edə bilmədiyi cəza gözləyirmiş. Şikayətçinin iddiasına görə, 2023-cü ilin yaz aylarından birində hərbi hissənin qərargah rəisi polkovnik-leytenant Elvin Şikarov ona sarışın olduğu üçün şiddətli töhmət verib.

Beləcə, cəzalana-cəzalana uzağa gedə bilməyəcəyini anlayan hərbi qulluqçu ikinci cəzasını aldıqdan bir neçə ay sonra 2023-cü ilin iyul ayında öz ərizəsi ilə ordu sıralarından təxris olunub.

İndi Emin Qəzənfər oğlu Abbasov qərargah rəisinin etimadını qazanmaq üçün pul axtarır. Məqsədi məşhur amerikalı müğənni Maykl Cekson kimi rəng dəyişdirməkdir. Amma Maykl Ceksondan fərqli olaraq o, rəngini sarışından zənciliyə dəyişdirəcək. Di gəl ki, rəngdəyişdirmə əməliyyatı üçün tələb olunan pulu hardan tapa biləcəyini bilmir. İşdir, şayət, rəngini dəyişdirə bilsə, məcburən təxris olunduğu hərbi hissəyə qayıdıb öz böyük arzusunu – Azərbaycan dövlətinə xidmət etmək vəzifəsini yerinə yetirəcək.

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …