Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Gündəm / Müştəriləri aldadan marketlər – Siyahı

Müştəriləri aldadan marketlər – Siyahı

İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarına nəzarət tədbirləri davam etdirilir.

Nazirliyin mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, Dövlət Xidməti tərəfindən aparılan növbəti monitorinqlər zamanı:

Bakının Suraxanı rayonunda

– Əmircan qəsəbəsi, H.Z.Tağıyev küçəsi, 3C ünvanında Samirə Qasımovaya məxsus mağazada;

Yasamal rayonunda

– Yeni Yasamal qəsəbəsində Vəli Qarayevə məxsus mağazada saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Binəqədi rayonunda

– M.Ə.Rəsulzadə qəsəbəsi, M.Aydınbəyov küçəsi, 38 ünvanında Mürvət Vəliyevə məxsus mağazada normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların;

Bakının Yasamal rayonunda

– R.Tağıyev küçəsi, 59 ünvanında Coşqun Kazımova məxsus mağazada;

Abşeron rayonunda

– Ceyranbatan qəsəbəsi, İ.Təhməzov küçəsi, 35 ünvanında Cavid Babayevə məxsus mağazada;

Neftçala şəhərində

– Nizami küçəsində Meyrənsə Xankişiyevaya məxsus mağazada;

Mingəçevir şəhərində

– M.V.Vidadi küçəsi, 4 ünvanında Vüsal Əzizova məxsus mağazada;

Zərdab rayonunda

– Körpükənd kəndində Gülnarə İsmayılovaya məxsus mağazada saxlama müddəti ötmüş malların satıldığı aşkarlanmış və qanunamüvafiq tədbirlər görülüb.

Həmçinin oxuyun

Talıbov getdi… Nəcəfli gəldi… NƏ DƏYİŞDİ? 

Naxçıvan şəhəri, Sədərək rayonu, Dəmirçi kənd sakini Quliyev Ramiz Bədir oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu …

Bir cavab yazın