Ana səhifə / Gündəm / “Müsəlman” kolbasası da haram çıxdı – FOTO

“Müsəlman” kolbasası da haram çıxdı – FOTO

Yaşıl etiketdə buraxılan məhsulun guya tərkibində toyuq əti olduğu göstərilir, amma…
Ekspertlər daha bir kolbasa məhsulunun saxta olaraq halal kimi təqdim edilməsini üzə çıxardı.
Azinforum.az  yazır ki, bu haqda Rusiyanın “Tayqa.info” saytı məlumat yayıb.
Söhbət bu yayın əvvəlində Cənubi Uraldakı “Zdorovaya ferma”  (“Sağlam ferma”) şirkətinin istehsal edərək Sibir dükanlarında  satışa buraxdığı “Musulmanskaya” markalı məhsullardan gedir. Kolbasanın etiketi müsəlman rəmzi olan yaşıl rəngdədir və üzərinə qırmızı hərflərlə “Musulmanskaya” yazılıb. Məhsulun toyuq ətindən ibarət olduğu göstərilib. Lakin distribüterlərdən biri tərəfindən dəvət edilmiş  rəsmi dövlət ekspertləri müəyyən edib ki, həmin kolbasalar halal hesab edilə bilməz. Çünki məhsulun tərkibində donuz DNT-ləri aşkar edilib. Maraqlıdır ki, sözügedən şirkətin təsisçisi Vladimir Akayev “Müsəlman” kolbasasasının tərkibində donuz əti olmasında təhqiredici heç nə görmür…

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın