Cümə axşamı , İyul 7 2022
Ana səhifə / Gündəm / Murad Adıgözəlzadə rəhbəri olduğu Dövlət Filarmoniyasında gecə klubu açıb-Video

Murad Adıgözəlzadə rəhbəri olduğu Dövlət Filarmoniyasında gecə klubu açıb-Video

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının həyətində gecə klubu kimi fəaliyyət göstərən “UFFO” restoranında çəkilmiş video kadrlar sosial şəbəkələrdə tənqidlərə səbəb olub.

Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən verilən məlumata görə, video kadrların yayılmasından sonra məkanın fəaliyyəti dayandırılıb: “Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının ərazisində bir müddət öncə fəaliyyətinə xitam verilən “UFFO” restoranında çəkilmiş video kadrlar mətbuatda geniş əks-səda doğurub.

Məlumat üçün qeyd edək ki, restoranda çəkilmiş videolar bir müddət öncə lentə alınıb və məkanın fəaliyyəti məlum hadisədən sonra dayandırılıb. Hazırda heç bir fəaliyyətdən söhbət belə gedə bilməz”.

Qeyd edək ki, “UFFO” restoranının gecə klubu kimi fəaliyyət göstərdiyi məlum olub. Videoda iki xanımın gecə klubuna uyğun geyimdə olması və rəqs etməsi diqqət çəkib.

Musavat.com-un yaydığı videosüjetdə verilən məlumatlara görə, əxlaqsızlıq yuvası olan “UFFO” gecə klubu Azərbaycan Dövlət Akademik Filarmoniyasının həyətində  fəaliyyətini davam etdirmək niyyətindədir. Maraqlıdır, müafiq orqanlar nəyin müqabilində şəhərin mərkəzində, Dövlət Filarmoniyasının həyətində əxlaqsızlıq yuvasıın bərpa edilməsinə şərait yaradıb? 
Bəs görəsən, Filarmoniaya rəhbərlik edən xalq artisti olan direktor Murad Adıgözəlzadə hara baxır?

Həmçinin oxuyun

Etibar Məmmədov bunu ilk dəfə etiraf etdi: “Bu şirkətlər qohumlarımındır…”

“Bizneslə məşğul olmaq cinayət deyil. 2004-cü ildə partiya sədrliyindən istefa verdikdən sonra mən tam sərbəst …