Bazar ertəsi , Oktyabr 15 2018
Ana səhifə / Gündəm / Müharibə Veteranları Respublika Xəstəxanasının baş həkimi: “ Hazırda xəstəxanada əsaslı təmir işləri aparılır…”

Müharibə Veteranları Respublika Xəstəxanasının baş həkimi: “ Hazırda xəstəxanada əsaslı təmir işləri aparılır…”

Məlum olduğu kimi, bir sıra informasiya resurslarında Müharibə  Veteranları Respublika Xəstəxanasının əsas korpusunun yararsız vəziyyətdə olması ilə bağlı məlumatlar yayılıb. Həmin məsələyə aydınlıq gətirmək üçün, sözügedən tibb müəsissəsinin baş həkimi Xuraman Zamanova ilə əlaqə saxladıq.

Baş həkim Azinforum.az-a açıqlamasında bildirdi ki, bəzi KİV-lərdə yayılan məlumatlarla o da tanışdır:

“ Mən çox istərdim ki, jurnalistlər hansısa materialı hazırlayanda məsələni bir qədər kökündən və dəqiq araşdırsınlar. Əvvəla qeyd etmək istəyirəm ki, mənim rəhbərlik etdiyim xəstəxananın əsl adı Resbuplika Müharibə Veteranları Xəstəxanasıdır. Xəstəxananın daxili nizamnaməsinə görə, biz əmək veteranlarını da müalicəyə qəbul edirik. Qeyd edim ki, xəstəxananın adının dəqiq araşdırılmadan yalnış təqdim olunması əmək veteranları arasında ciddi narahatçılığa səbəb olub. Çünki həmin materialda qeyd edilir ki, gələcəkdə bu xəstəxanada yalnız müharibə veteranları müalicə almaq hüquqna malik olacaq. Təəssüf ki, bu, belə deyil. Bizm tibb müəsissəsində müharibə veteranları ilə yanaşı, əmək veteranları da bu günə kimi müalicə alıb və bundan sonra da alacaqlar”.

Baş həkimin sözlərinə görə, tibb müəsissəsində əsaslı təmirin aparılması dövlət büdcəsindən ayrılan vəsait hesabına həyata keçirilir:

“Bilirsiniz ki, son illər ərzində ölkə Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa diqqəti və qayğısı nəticəsində ölkənin səhiyyə sistemində müsbət istiqamətdə əsaslı dəyişikliklərə nail olunub. Nəzərinizə çatdırım ki, bizim xəstəxananın əsaslı təmirə ehtiyacının olması ilə bağlı cənab nazirimizin də məlumatı var. Məhz bunun nəticəsidir ki, onun birbaşa dəstəyi nəticəsində dövlət büdcəsindən xəstəxananın əsaslı təmiri üçün vəsait ayrılıb və artıq  təmir işlərinə start verilib. Çox yaxın zamanlarda siz xəstəxananın zahiri görünüşündəki müsbət istiqamətdəki kordinal dəyişikliklərlə yaxından tanış olacaqsınız”. 

Hüseyn,

Azinforum.az

Həmçinin oxuyun

4 həkim dələduzluğua görə həbs olundu – İki qurum rəsmi məlumat yaydı

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi və Baş Prokurorluq 6 nəfərin həbs edilməsi barədə məlumat yayıb. …