Ana səhifə / Gündəm / MTN-in həbs edilən qadın generalı kimdir? (FOTO)

MTN-in həbs edilən qadın generalı kimdir? (FOTO)

Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin (MTN) bir qrup zabiti həbs edilib. Oktyabr;n 19-da Səbail Rayon Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin 10-dək əməkdaşı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Report xəbər verir ki, onlar barəsində Respublika Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 302-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (Vəzifə səlahiyyətlərini aşma) maddələri ilə cinayət işi başlanıb.
Həbs edilənlərdən biri nazirliyin idarə rəisi Natəvan Mirvətovadır.
Modern.az-ın məlumatına görə, həbs edilən general Natəvan Mürsəl qızı Mirvətova Bakı şəhərində doğulub, ixtisasca filoloqdur. O, MTN-in Əməliyyat-Texniki İdarəsinin rəisi vəzifəsindfə çalışır. N.Mirvətovaya 2009-cu ilin martında ölkə başçısı tərəfindən general-mayor rütbəsi verilib. 2013-cü ilin martında isə N.Mirvətova 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

 

Həmçinin oxuyun

Ermənilər Qazaxla sərhəddən getmək istəmirlər – VİDEO

Azadlıq Radiosu Qazaxla sərhəddə yerləşən erməni kəndindən (Vosgepar) reportaj hazırlayıb.  Reportajda yerli erməni sakinlər yaranmış …

Bir cavab yazın