Şənbə , Oktyabr 31 2020
Ana səhifə / Gündəm / MTN Hüseyn Büyükfıratı da şantaj edib- İŞ ADAMININ YÜZ MİNİNİ ALIBLAR

MTN Hüseyn Büyükfıratı da şantaj edib- İŞ ADAMININ YÜZ MİNİNİ ALIBLAR

Milli Təhlükəsizlik Nazirliyindəki mütəşəkkil cinayətkar qruplaşmanın məhkəməsi başlayan üzvlərinin işində sensasion məqamlar üzə çıxır.
MTN-dəki dəstənin indiyədək törətdiyi əməllərin heç də hamısı istintaq tərəfindən araşdırılmayıb. Yəni ki, törədilən cinayətlər istintaq materiallarında əks olunanlardan qat-qat çoxdur.
Saytımızın araşdırması zamanı MTN-nin İstintaq Baş İdarəsinin şöbə rəisi Vüsal Ələkbərovun Azərbaycanda çalışan iş adamı “Buyukfırat” restoranlar şəbəkəsinin sahibi Hüseyn Buyukfıratı da şantaj etdiyi, ondan külli miqdarda pul aldığı üzə çıxıb.
Belə ki, Vüsal Ələkbərov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 10 il azadlıqdan məhrum edilən ilahiyyatçı alim və QMİ-nin sektor müdiri olmuş Elşən Mustafaoğlunun da işindən pul “qazanıb”. Hüseyn Büyükfıratı Elşən Mustafaoğlunun “Mənəvi Saflığa Dəvət” jurnalına sponsorluq etməkdə ittiham edən MTN iş adamını istintaqa çağırıb. Bir neçə dəfə istintaqa gedən Hüseyn Buyukfıratdan 100 min manat aldıqdan sonra əl çəkiblər.
Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən Türkiyədən olan iş adamları arasında ölkəmizə ikinci vətəni kimi yanaşan şəxslərdən biri də Hüseyn Büyükfıratdır. Hətta ona öz ölkəsində “Azərbaycanlıların abisi” ayamasını da veriblər. Ölkəmizdə həmçinin, sosial xarakterli layihələrə dəstək verən iş adamı Azərbaycanda da böyük nüfuza sahibdir. Belə bir şəxsi ölkədən incik salmaq isə ancaq Eldar Mahmudov və onun tamahkar dəstəsinin nəfsi ucbatından ola bilər.
Olayla bağlı əməkdaşımız Hüseyn Büyükfıratla da danışa bilib. İş adamı həqiqətən də MTN-nə çağrıldığını deyib. Bununla belə, dindirilmədən sonra hansısa pul vermədiyini də əlavə edib: “Mənə Elşən Mustafaoğlu barəsində suallar verildi. Mən onu tanımadım. Dedilər ki, onun telefonunda sizin nömrəniz var. Bildirdim ki, mənim nömrəm hamıda ola bilər”.(gununsesi.info)

Həmçinin oxuyun

Daha 13 kənd işğaldan azad olundu

Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, …

Bir cavab yazın