Cümə axşamı , Oktyabr 17 2019
Ana səhifə / Gündəm / MTN-də kim kimin qohumudur və ya generalların geniş biznesi şəbəkəsi – SİYAHI

MTN-də kim kimin qohumudur və ya generalların geniş biznesi şəbəkəsi – SİYAHI

Redaksiyamızın ünvanına sabiq MT naziri Eldar Mahmudov və saxlanıldığı bildirilən generallarla bağlı şok məktub daxil olub.

Həmin məktubda Eldar Mahmudov və generalların biznes şəbəkəsi və vəzifə sahibi olan adamlarının adları açıqlanır.

Milli Təhlükəsizlik Nazirliyinin həbs edilmiş rəhbər heyətinin yaxın qohumları və biznes şəbəkələri:

1. Sabiq nazir general-polkovnik Eldar Mahmudovun qohumları – Vüqar Mahmudov (əmisi oğlu, nazirin köməkçisi), Elnur və Anar Hüseynovlar (nazirin köməkçiləri), Ceyhun Əliyev (MTN Astara Rayon Şöbəsinin rəisi), Fərhad Məhərrəmov (MTN Binəqədi Rayon İdarəsinin rəisi), Ədalət Əsədullayev (Əks-kəşfiyyat Baş İdarəsinin rəisi), Pərviz Mahmudov (nazirlikdə idarə rəisi), Aysel Seyidova (nazirlikdə şöbə rəisi).

E.Mahmudovun biznes şəbəkəsi – “AG Bank”, “Crystal Plaza” Holdinq, “Crystal Motors”, “TOS OİL”, “Anar OİL”, “Jaguar Motors”, “Range Rover Motors”, “Maseratti Motors”, “İndigo” MMC, Bakı şəhərində 6 dənə tikinti şirkəti, “Turac” və “Xankəndi” restoranları, ölkəyə daxil olan brilliant və qızıl məmulatlarının, eləcə də mobil telefonların monopoliyası, spirtli içki mağazaları, brend saat butikləri;

2. MTN-in Nəqliyyat və Energetika Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi general-mayor Akif Çovdarovun qohumları – Rafiq Hümbətov (bacısı oğlu, MTN Xəzər Rayon İdarəsinin rəisi), eləcə də bir neçə digər əməkdaş.

A.Çovdarovun biznes şəbəkəsi – Bakı şəhəri Nərimanov rayonunda Dərnəgül yolunda yerləşən bütün taxta emalı sexləri və oradakı bütün tikinti materialları mağazaları, ölkəyə idxal edilən bütün taxta-şalban biznesinin monopoliyası, Bakı şəhərində çox sayda marşrut avtobusları, apteklər, geyim mağazaları;

3. MTN-in Kadrlar Baş İdarəsinin sabiq rəisi general-mayor Əlimusa Əliyevin qohumları – Aqil Məmmədov (kürəkəni, Kəşfiyyat Baş İdarəsinin Avstriya Respublikasında səfir müavini), bir çox rayon rəisləri.
Ə.Əliyevin biznes şəbəkəsi – Bakı, Şamaxı, Yardımlı, Qax və Zaqatala şəhərlərində istirahət mərkəzləri, mağazalar, çörək sexləri, fermalar və restoranlar, notarius məntəqələri;

4. MTN-in İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlan Şıxəliyevin qohumları – həmin baş idarədə bir çox müstəntiqlər və bir çox rayon rəisləri.
M.Şıxəliyevin biznes şəbəkəsi – Bakı və Ağsu şəhərlərində iri mağazalar, tikinti şirkətləri.

5. MTN-in Nazir Xidmətinin sabiq rəisi general-mayor Fərhad Vahabovun qohumları – bir neçə rayon rəisi.

F.Vahabovun biznes şəbəkəsi – Bakı və Şabran şəhərlərində iri mağazalar, restoranlar, çin və yapon mətbəxi təqdim edən kafelər, geyim butikləri;

6. MTN-in Kadrlar Baş İdarəsinin sabiq rəis müavini polkovnik Tehran Babatovun qohumları – bir neçə rayon rəisi və çox sayda digər əməkdaşlar.
T.Babatovun biznes şəbəkəsi – Bakı və Gəncə şəhərlərində restoranlar, çay evləri, geyim mağazaları.

7. Deputatlar Çingiz Əsədullayev,  Rüfət Quliyev, Əsabil Qasımov, Hacı Salayev, Rafael Cəbrayılov, Rövşən Rzayev və digərləri Eldar Mahmudovun Milli Məclisdəki əsas kadrlarıdır.

P.S. Yazıda adı çəkilənlərin mövqeyini dərc etməyə hazırıq.(yeni çağ)

Həmçinin oxuyun

Əli Əsədov Baş Nazir oldu – Yenilənib

Milli Məclisin növbəti plenar iclası başlayıb. “Qafqazinfo” xəbər verir ki, iclasda Azərbaycan Prezidentinin təqdimatına əsasən …

Bir cavab yazın