Şənbə , Aprel 20 2024
Ana səhifə / Gündəm / “MTN çetesi”ni ifşa edən iş adamının maşınının şüşələri sındırıldı – Müəmma

“MTN çetesi”ni ifşa edən iş adamının maşınının şüşələri sındırıldı – Müəmma

Bakıda, Yasamal rayonu, Parlament prospekti 1 ünvanında bir neçə bahalı avtomobilin şüşəsi sındırılıb. Bu haqda redaksiyamıza ərazidə yaşayan sakinlərdən biri məlumat verib. Deyib ki, şüşələri sındırılan 4 maşından birinin sahibi bir müddət əvvəl mətbuatda “MTN çetesi” ilə bağlı açıqlamaları və videosu yayılan Maqsud adlı iş adamıdır.
Qaynağımız olayla bağlı əraziyə DİN rəsmilərinin və digər qurumların əməkdaşlarının da gəldiyini deyib. Bildirib ki, baş vermiş hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsində(RPİ) araşdırma aparılır. Məsələ ilə bağlı Yasamal RPİ ilə əlaqə saxladıq. Polisdən məlumatı təsdiqləsələr də, araşdırmanın 26-cı polis bölməsində aparıldığını bildiriblər. 26-cı polis bölməsinin növbətçi hissəsindən isə əməkdaşımıza deyiblər ki, ərazidə 1 avtomobilin şüşəsinin sındırılması qeydə alınıb. Həmin avtomobil Maqsud Soltan oğlu Mahmudova məxsus olub. Polisdən hazırda müvafiq araşdırmaların aparıldığını, şüşəni sındırmış şəxsin aşkarlanıb istintaqa cəlb edilməsi üçün tədbirlər görüldüyünü deyiblər.
Faktla bağlı Cinayət Məcəlləsinin 177-ci – oğurluq maddəsi ilə cinayət işi başlanıb.
Məsələ ilə bağlı M.Mahmudovu da aradıq. Lakin M.Mahmudovun telefonu qapalı olduğundan onun fikirlərini öyrənə bilmədik. Qeyd edək ki, M.Mahmudova məxsus obyekt və bahalı avtomobil MTN çetesinin üzvləri tərəfindən əlindən alınıb. E.Mahmudov vəzifədən çıxarılandan sonra M.Mahmudov Baş Prokurorluğa müraciət edib, məhkəməyə iddialar verib. Ötən ilin noyabrında qəzetimizdə “Mənim brilyant qaşlarım niyə Eldar Mahmudovun balonundan çıxmalıdır?” – VİDEO”
http://musavat.com/news/musahibe/menim-brilyant-qashlarim-niye-eldar-mahmudovun-balonundan-chixmalidir-video_306028.html  sərlövhəli yazıda iş adamı M.Mahmudov əmlaklarının əlindən alınmasının tarixçəsini anladıb. Hazırda onun əmlaklarının əlindən alınması ilə bağlı şikayəti üzrə Baş Prokurorluqda istintaq aparılır. Belə bir vaxtda M.Mahmudovun maşınının şüşəsinin sındırılması “MTN çetesi”nin onu hədələməsi kimi də dəyərləndirilə bilər. (musavat.com)

Həmçinin oxuyun

Nazir Vilayət Eyvazov sağ  Milli Qəhrəmanların hər birinə orden və 5 min pul verdi-Zakir Həsənov isə onların heç üzünü görməyib…

Azərbaycan Respublikası Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin sədri Elşən Uluxanlı DİN-nin əməkdaşları olmuş  Azərbaycanın Milli Qəhrəmanları:  Məmmədov …

Bir cavab yazın