Çərşənbə , May 22 2019
Ana səhifə / Gündəm / “Modern” Hospitalda xəstələri necə tora salırlar?

“Modern” Hospitalda xəstələri necə tora salırlar?

Şəkərli diabet xəstələrindən 8 -10 min manat pul alınır

Ölkədə özəl tibb ocaqlarının sayı durmadan artır. Lakin bu onu deməyə əsas vermir ki, səhiyyənin durumu getdikcə yaxşılaşır. Əksinə bu sahədə mövcud problemlər durmadan artmaqda davam edir. İstər dövlət xəstəxanalarında çalışan həkimlər olsun, istərsə də özəl tibb ocaqlarında çalışanların hər biri səhiyyənin inkişafı istiqamətində lazımi işlər görməlidirlər. Təəssüf ki, bu gün keyfiyyətli tibbi xidmətdən danışmaq mümkün deyil. Həm özəl, həm də dövlət balansında olan səhiyyə ocaqlarında kifayət qədər çatışmazlıqlar, nöqsanlar yaşanmaqdadır. Bu səbəbdən də xəstəliklər cavanlaşır, uzunömürlü insanlar demək olar ki, barmaqla sayılacaq qədərdir. Hazırda insanların çoxu özəl klinikalara daha çox meyl edirlər. Hesab edirlər ki, dövlət xəstəxanalarında tibbi xidmətin keyfiyyəti həddindən artıq aşağıdır. Ona görə də özəl tibb ocaqlarına axın daha çoxdur. Belə xəstəxanalardan biri də “Modern” Hospitaldır. Təəssüf ki, bir sıra özəl səhiyyə ocaqları vətəndaşları aldatmaqla məşğuldur. Belə ki, sözügedən xəstəxanada xəstələr aldadılır və əllərindən olan -olmazı alınır. Bizə verilən məlumata görə, “Modern” Hospitalın rəhbərliyi şəkərli diabetdən əziyyət çəkən insanları tam müalicə etmək adıyla onlardan 8 -10 min manat pul alır. Nəticədə isə vətəndaş yenə də həmin xəstəlikdən əziyyət çəkir. Sadəcə vətəndaşın pulu gedir. Vətəndaşları elə tora salırlar ki, vətəndaş özü də bilmədən inanaraq onların tələsinə düşür. Lakin bu cür vasitələrlə xəstələrin ilk növbədə cibinə ziyan vururlar, daha sonra isə mənəvi deqradasiyaya uğramasına səbəb olurlar. Xəstə psixoloji olaraq bu xəstəlikdən yaxa qurtaracağına özünü inandırır. Lakin zaman keçir, xəstə hələ də xəstəlikdən can qurtara bilmir. Bu cür yollarla xəstələri soğan kimi soyurlar. Təəssüf ki, aidiyyəti qurumlar “Modern” Hospitalda yaşanan bu qanunsuzluğu görməzlikdən gəlirlər.

Bundan başqa, xəstəxana işçiləri təkcə şəkərli diabet xəstəliyi üçün bu qədər pul tələb etmirlər. Hətta xəstəxanaya üz tutan hər kəsdən yüksək məbləğdə vəsait tələb edirlər. Lakin tibbi xidmətin keyfiyyətinə gəlincə, sözügedən səhiyyə ocağında keyfiyyətli xidmətdən söz belə gedə bilməz. Əldə etdiyimiz məlumata əsasən deyə bilərik ki, xəstələrin əksəriyyətinə səhv diaqnozlar qoyulur, müalicə zamanı keyfiyyətsiz dərmanlardan istifadə edirlər. Bu da xəstələrin sağlamlığını təhlükədə qoyan faktorlardan biridir. “Modern” Hospitalda vəziyyət acınacaqlı olsa da, müvafiq qurumlar xəstəxanayla bağlı ölçü götürmür.

Sözügedən səhiyyə ocağının baş həkimi ehtiyac olmadığı təqdirdə belə xəstələrə müxtəlif müayinələr təyin edir. Təki xəstədən pul çıxarsınlar.

Bundan başqa sözügedən tibb ocağının Təcili Yardım xidməti 50-70 manat arasında dəyişir. Qeyd edək ki, Səhiyyə nazirinin əmriylə isə bir neçə il əvvəl dövlət tibb müəssisələrində pullu xidmət ləğv olunub.

Qaldı ki,özəl müəssisələrin bu qədər pul tətbiq etməsinə, bu həqiqətən də xoşagəlməz haldır. Çünki bu gün xəstələrin bu qədər ödəniş etməyə imkanının olmaması gün kimi aydındır. Təxirəsalınmaz tibbi yardıma ehtiyacı olan şəxslərə pulsuz tibbi yardım göstərilməlidir. Hansısa xəstə bu ödənişi edə bilmirsə, bu o demək deyil ki, xəstə ölməlidir.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 131-ci maddəsində deyilir ki, üzrsüz səbəbdən xəstəyə yardım etməməyə görə tibb işçisi hüquqi məsuliyyət daşıyır. Yəni, əgər xəstənin vəziyyəti ağırlaşarsa, həkimə 2-4 il, xəstə ölərsə 6 il azadlıqdan məhrumetmə cəzası düşür.

Buna görə də Səhiyyə Nazirliyi həm bu haqda, həm də konkret olaraq “Modern” Hospitalda mövcud qanunsuzluqları aradan qaldırmağa yönəlik ciddi addımlar atmalıdır.

Həmçinin oxuyun

Azərbaycanda porno təbliğatı aparan gənci kim himayə edir? – Gecə klubunda intim görüntülər (VİDEO 18+)

Azərbaycan Yazıçılar Birliyinin binasında yerləşən keçmiş “26” – “Twenty six” adlı kafenin yerində “Hot Room …

Bir cavab yazın